23:25 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
0 0 0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib

BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) apardığı təmir işləri ilə əlaqədar bu gündən paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanacaq.

Bu barədə Sputnik Azərbaycan-a AAYDA-dən bildirilib.

Qurum sürücülərdən bunu nəzərə almalarını və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrindən istifadə etmələrini xahiş edib, eləcə də yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib.

Əlaqədar

Bakıda yol polisləri ilə qadınlar arasında münaqişə yaşanıb
Yol Polisi yük avtomobili sürücülərinə sərt xəbərdarlıq etdi
Yol qəzası Badamdar şosesində hərəkəti dayandırıb
Teqlər:
Heydər Əliyev prospekti, məhdudiyyət, Yol təmiri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Əsas mövzular