20:30 18 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Bəxtiyar Qurbanov

Azərbaycanda dişi tutan hər şeyi qidaya çevirən adam: Şüşə, şifer, qum...

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
1231010

Bəxtiyar Qurbanov: "30 ildən artıqdır şüşə, saxsı, torpaq kimi şeylər yesəmdə indiyədək mədəmdə heç bir narahatçılıq hiss etməmişəm"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 7 dekabr — Sputnik. Ağstafa rayonunun Tatlı kənd sakini "daşdan yumşaq nə varsa, yemək" məsəlini reallığa çevirib. 53 yaşlı Bəxtiyar Qurbanov şüşə və büllur qab, gil boşqab, qum, hətta şifer parçasını belə, möhkəm dişləri ilə qoparır, sonra isə çeynəyərək udur. 30 ildən artıqdır bu cür "qidalar" qəbul etməsinə baxmayaraq, orqanizmində heç bir problem yoxdur.

Ağstafa rayonu Tatlı kəndi
© Sputnik / İlham Mustafa
Ağstafa rayonu Tatlı kəndi

B.Qurbanov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbəti zamanı deyir ki, ilk dəfə bu qeyri-adi vərdişə 22-23 yaşlarında, Qazaxıstanda yaşayarkən, aclıq səbəbindən başlayıb "Əsgərlikdən gələndən sonra bir həmkəndlimlə Qazaxıstana işləməyə getdim. Orada ucqar bir yerdə tikintidə işə başladıq. Mənimlə gedən sürücü idi, gedən kimi ona yük maşını verdilər, mənsə tək qalmalı oldum".

"Elə 3-4 günüydü işlədiyim, ayağıma mismar batdı, altından girib üstdən çıxmışdı. Ona görə işləyə bilmədim, təzə başlamışdım deyə, avans da götürə bilmədim iş yerindən" - müsahibimiz danışır.

Ayağı yaralı, qəribçilik, pulsuzluq və aclıqla üzləşdiyini söyləyən Bəxtiyar Qurbanov, bir müddət evdə olan azuqə və qabları yeyərək dolanıb. Sonra yaxınlıqdakı yeməkxanaya gedərək, orada yemək müqabilində bu "bacarığını" nümayiş etdirib.

Dediyinə görə, şampan şüşəsi yeyərkən, bir təşkilatın rəhbəri onun görüb və məhsul bayramında "məharətini" nümayiş etdirməyi təklif edib. Bu nümayişdən sonra Bəxtiyar ayağını müalicə etdirib işə başlasa da, "bacarığını" tərgitməyib. O, hətta yediyi şüşələrin dadını da ayırd edə bilir.

"Adi şəffaf şüşələr, stəkanlar, demək olar ki, dadsız olur. Amma büllur qablar turşməzə tam verir. Boşqablar isə adicə torpaq dadır" - deyən həmsöhbətimiz illərdir bu cür "qidaları" qəbul etsə də, mədəsində heç vaxt narahatçılıq hiss etməyib. Əksinə, mədəsinə gedən istənilən maddə ilə doya bilir.

Bəxtiyar Qurbanov şüşə və büllur qablar, gil boşqab, qumu çeynəyərək udur.
© Sputnik / İlham Mustafa
Bəxtiyar Qurbanov şüşə və büllur qablar, gil boşqab, qumu çeynəyərək udur.

Spirtli içkilərə meylli olan Bəxtiyar ailə həyatı qurmayıb və hazırda yaşlı anası ilə birlikdə doğulduğu kənddə yaşayır.

Əlaqədar

Hərəkətdə olan avtomobillər üzərində qeyri-adi şou
Mingəçevir sakini qeyri-adi hobbisindən danışır
Çox “utancaqdırlar”: Ulduzların qeyri-təvazökar və qalmaqallı geyimləri
Toylarda əməyin istismarına qarşı qeyri-adi etiraz aksiyası başlayıb - Boykot
Rusiyada qeyri-adi körpü tikiləcək
Teqlər:
Bəxtiyar Qurbanov, qida, Tatlı kəndi, şüşə qab, Ağstafa rayonu

Əsas mövzular