CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölsəm, bağışla: Yolda baş verən hadisə böyük bir problemi üzə çıxarıb

© Sputnik/ Мурад Оруджевİlk tibbi yardım çantası, аптечка первой помощи
İlk tibbi yardım çantası, аптечка первой помощи - Sputnik Azərbaycan
Abunə olmaq
Yol Polisi Bakıda sükan arxasında ürəyi tutan sürücünü xilas etmək istəyərkən, ətrafdakı heç bir maşından aptekçə tapa bilməyib

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Avtomobillərdə ilkin tibbi yardım çantası (aptekçə) sürücü üçün ən vacib əşyalardan biridir. Amma sən demə, bu, heç də bütün avtomobillərdə yox imiş.

Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Avtomobil oğruları cinayət başında yaxalandılar

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı şəhərində "Koroğlu" metrostansiyası yaxınlığında pik saatda baş verən insident də təsdiqləyir. Şahidlərdən Murad Orucovun sözlərinə görə, səhər saat təqribən 9:20 radələrində yolda birdən avtomobillərin hərəkəti dayanıb. Məlum olub ki, sürücülərdən birinin vəziyyəti qəflətən pisləşib. Kişinin ürəyində narahatlıq yaranıb. Ona həmin yola nəzarət edən yol polisinin əməkdaşları yerindəcə yardım göstərmək istəyiblər. Orucovun sözlərinə görə, polislər aptekçə tapmağa cəhd göstərsələr də, nə ürəyi tutan adamın avtomobilində, nə də ətrafdakı çox sayda digər maşınlarda nə aptekçə olub, nə də lazımi dərmanlar. Bununla yanaşı, qeyd edək ki, Azərbaycanda "Yol hərəkəti haqqında" AR qanununa görə, avtomobillərdə aptekçənin olmamasına görə 10 manat məbləğində inzibati cərimə nəzərdə tutulur.

Təbii ki, haqqında bəhs etdiyimiz situasiyada sürücülərdən heç kəs qanunun tələbini pozduğuna görə cərimələnməyib. Lakin onlar avtomobilə aptekçə qoymamaqla həm özlərinin, həm də ətrafdakıların həyatını riskə atdıqlarının fərqində deyillər.

"Yol hərəkəti haqqında" AR qanununa görə, hər bir nəqliyyat vasitəsində mütləq bu zəruri əşyalar olmalıdır: yanğınsöndürən, qəza dayanacağı nişanı və aptekçə. Bu üç zəruri əşyanın olub-olmadığı avtomobillərə texniki baxış zamanı yoxlanmalıdır. Amma Dövlət Yol Polisi Baş İdarəsinin Texniki Baxış Mərkəzinin müvafiq məntəqələri avtomobillərin texniki müayinədən keçirilməsi zamanı buna fikir verirmi? Bu sual hələlik açıq qalır.

Onu da qeyd edək ki, sürücülərin avtomobillərini texniki baxışdan keçirmələri ilə bağlı ən müxtəlif informasiyalar dolaşır. Bakıda belə söhbətlər gəzir ki, avtomobillərin texniki baxışdan keçirilməsi formal xarakter daşıyır. Xatırladaq ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün tələb olunan dövlət rüsumu 20 manatdan başlayır.

Lakin bəzən sürücülər texniki baxışdan keçməyin digər yollarına da baş vurmağa çalışırlar. Onların dediyinə görə, belə olan təqdirdə uzun növbələrdə saatlarla gözləməli olmurlar və rəsmi prosedurlardan keçərkən avtomobildəki bu və ya digər çatışmazlıqlar, nasazlıqlar barədə TBM əməkdaşlarının "moizələri"nə qulaq asmaq məcburiyyətində qalmırlar. Çünki yol polisləri onsuz da həmişə maşında bir çatışmazlıq tapırlar.

Belə vəziyyətdə təbii ki, maşında aptekçə və ya odsöndürənin olub-olmadığının heç kəs fərqinə varmır. Bütün bunlar sürücülərin öz vicdanına qalıb.

Sputnik Azərbaycan yaranmış vəziyyətə aydınlıq gətirməyə cəhd edərək Dövlət Yol Polisi Baş İdarəsinə müraciət edib. Lakin bu cəhd nəticəsiz qalıb. İndiyə qədər niyə sürücülərin aptekçədən istifadə etmədiyi, avtomobillər texniki baxışdan keçirilərkən sözügedən zəruri əşyaların niyə yoxlanmadığı və bununla bağlı inzibati cərimələrin tətbiq edilib-edilmədiyi barədə suallara müvafiq dövlət qurumundan cavab gözləyirik.

Xəbər lenti
0