17:36 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi

Naməlum əlibaltalılar camaata dinclik vermir, həm də nazirliyin əmri ilə

© Sputnik / Ilham Ahmadov
CƏMİYYƏT
Qısa URL
0 0 0

Ərazidəki ağaclar mütəmadi olaraq bəzi şəxslər tərəfindən qanunsuz şəkildə kəsilir

İlham Əhmədov Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Oğuz rayonunun bir qrup sakini Padar kəndi yaxınlığındakı yol kənarlarında, eləcə də bəzi sahələrdə yaşıllıq zolağının məhv edilməsi barədə Sputnik Azərbaycan-ın redaksiyasına şikayət edib. Şikayətçilərin iddiasına görə, rayonun "Azpetrol" yanacaqdoldurmə məntəqəsi və "Azərenerji"nin yerli şöbəsinin yerləşdiyi ərazidə yol boyu və yoldan kənarda əkilmiş ağaclar qanunsuz şəkildə kəsilir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən əraziyə yollanaraq şikayətçilərin dediklərini araşdırıb. Bəlli olub ki, sakinlər haqlıdırlar.

Yollandığımız ərazidə qarşılaşdığımız mənzərə heç də ürəkaçan olmadı. Sözügedən yerdə olduğumuz zaman ağacların budanması və təhlükə yaradan ağacların kəsilməsi işləri aparılırdı. Lakin yoldan bir qədər kənar hissələrdə qurumamış, yaşıl, heç bir təhlükə doğurmayan ağacların da kütləvi şəkildə kəsildiyini müşahidə etdik.

  • Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi
    Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi
    © Sputnik / Ilham Ahmadov
  • Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi
    Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi
    © Sputnik / Ilham Ahmadov
  • Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi
    Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi
    © Sputnik / Ilham Ahmadov
  • Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi
    Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi
    © Sputnik / Ilham Ahmadov
  • Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi
    Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi
    © Sputnik / Ilham Ahmadov
1 / 5
© Sputnik / Ilham Ahmadov
Padar kəndi yaxınlığındakı yol kənarlarında yaşıllıq zolağının məhv edilməsi

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı idarəsi ilə əlaqə saxladıq. Zəngimizdən sonra idarənin Oğuz rayon üzrə nümayəndəsi Bəhruz Həbibullayev əraziyə gələrək, məsələyə aydınlıq gətirdi. Bildirdi ki, ağaclar tam qanunauyğun şəkildə nazirliyin müvafiq qərarı ilə kəsilir.

Amma gördüyümüz mənzərə vəziyyətin heç də deyilən kimi olmadığını aydın göstərirdi. Ərazidə yaşayan insanlar da idarə rəsmisinin dediklərinin tam əksini söylədilər. Onlar vurğuladılar ki, sözügedən ərazidəki ağaclar mütəmadi olaraq bəzi şəxslər tərəfindən qanunsuz şəkildə kəsilir. Bəhanə olaraq isə payız aylarına xas olan budama və cürük ağacların ərazidən təmizlənməsi işlərinin aparıldığını gətirirlər.

Ərazidə yaşayan sakinlərin ən böyük istəyi qanunsuz olaraq ağac kəsiminin qarşısının alınması, yay, eləcə də digər aylarda ərazinin həm gözəlliyinin, həm də ekologiyasının qorunması və bərpasıdır.

Ümid edirik ki, qaldırılmış məsələ ilə bağlı aidiyyatı qurumlar tərəfindən ciddi araşdırma aparılacaq. Oğuzda təbiətə "divan tutan" şəxslər barədə lazımi tədbirlər görüləcək.

Əlaqədar

Ağacları kəsdi, işi prokurorluğa göndərildi
Qoz ağacından yıxıldı, öldü
Azərbaycanda insanları sehirləyən ağac: Elm onunla bağlı iddiaların yarısını təsdiq edir
Aşan ağacın altında qalan məktəbli qız ağır xəsarət alıb
Teqlər:
şikayət, ağac, Oğuz rayonu

Əsas mövzular