CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Davamlı öskürək ciddi xəstəlikərdən xəbər verir

CC0 / silviarita / FluДевушка, болеющая гриппом, фото из архива
Девушка, болеющая гриппом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Davamlı öskürək bir sıra xəstəliklərin əlaməti olduğu kimi, qusma, sidiyin qaçırılması, yuxusuzluq, hətta qabırğanın qırılması kimi bir sıra arzuolunmaz hallara yol aça bilir

BAKI, 4 dekabr — Sputnik. Bəzən xəstəlik sağalsa da, uzunmüddətli öskürək müşahidə edilir. Bu isə bir çox şəxslərdə narahatlığa səbəb olur. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, professor Metin Özkan bu cür davamlı öskürəklərin səbəbsiz olmadığını açıqlayıb.

Otlardan dəmlənmiş çay, arxiv şəkli - Sputnik Azərbaycan
Öskürəkdən xilas edən beş ot növü

Professorun sözlərinə görə, davamlı öskürək ürək çatışmazlığı, nəfəsalmada problemlərdən də xəbər verir. Bundan başqa, həkimlərin sözlərinə görə, üz və gözdə yaranan şişkinlik də ürək çatışmazlığının bir əlamətidir. Mütəxəssis bildirib ki, bundan başqa, davamlı öskürək həm də ağciyər problemlərindən xəbər verir.

Onun sözlərinə görə, öskürəyin qarşısının alınması üçün bir sıra nüanslara nəzər yetirilməsi vacibdir. Professor bildirib ki, davamlı öskürək bir sıra xəstəliklərin əlaməti olduğu kimi, qusma, sidiyin qaçırılması, yuxusuzluq, hətta qabırğanın qırılması kimi bir sıra arzuolunmaz hallara yol aça bilir.

O, 3 həftədən artıq davam edən öskürək üçün həkimə müraciət edilməyin vacib olduğunu qeyd edib.

Xəbər lenti
0