20:38 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Министерство труда и социальной защиты населения

Nazirlik: 142 şəhidin vərəsələrinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
36 0 0

Qeyd edək ki, bu günədək artıq 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və ödənişin verilməsi prosesi davam etdirilir

BAKI, 1 dekabr - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən Komissiyanın iclasında şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda bildirilib ki, ümumilikdə, şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub.

Onların vərəsəliyi notarial qayada təsdiq edilir və birdəfəlik ödənişlə təmin edilmək üçün elektron qaydada ƏƏSMN-nə göndərilir.

Təqdim olunan bu sənədlərə işçi qrupu tərəfindən baxıldıqdan sonra komissiya tərəfindən ödəmənin verilməsi barədə qərar qəbul olunur. 

Nazirlikdən bildirilib ki, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi dövlət başçısının mühüm sosial önəm kəsb edən humanist bir addımı olmaqla, ölkədə şəhid ailələrinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Qeyd edək ki, bu günədək artıq 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və ödənişin verilməsi prosesi davam etdirilir.

Əsas mövzular