23:02 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat

Nizami rayonu ərazisində əl qumbarası tapıldı

© ANAMA-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
23 0 0

Əl qumbarasının tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib

BAKI, 1 dekabr - Sputnik. 2018-ci il 30 Noyabr tarixində saat 14:21-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Sputnik Azərbaycan bu barədə ANAMA-ya istinadən məlumat verir.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhəri, Səbail rayon Polis idarəsininəməkdaşları dərhal həmin əraziyə göndərilib.

  • Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat
    Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat
    © ANAMA-nin mətbuat xidməti
  • Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat
    Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat
    © ANAMA-nin mətbuat xidməti
  • Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat
    Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat
    © ANAMA-nin mətbuat xidməti
1 / 3
© ANAMA-nin mətbuat xidməti
Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Mikayıl Əliyev küçəsinə baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd əl qumbarası (Mills N36) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Əsas mövzular