14:39 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Uşaq ayaqqabıları, arxiv şəkli

Azərbaycanda uşaq yaşda ölüm sayı yüksəkdir

CC0 / sebagee / Children's shoes
CƏMİYYƏT
Qısa URL
24 0 0

"Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olub"

BAKI, 1 dekabr — Sputnik. "2010-2018-ci illərdə regionun şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 min nəfərdən 5 min nəfərə düşmüş, 2015 illə müqayisədə 2017-cı ildən təbii artımın (hər 1000 n. görə 10,2-7) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enib. Qeyd olunub ki, burada ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin payına düşür. Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olub".

Məktəbdə boş parta, arxiv şəkli
© Sputnik / Sergey Yeshchenko

Sputnik Azərbaycan-ın xəbərinə görə, fəlsəfə doktoru Etibar Bədəlov "Aran iqtisadi-coğrafi rayonunda urbanizasiya prosesi və demoqrafik inkişaf problemləri" mövzusunda çıxışında belə deyib.

Professor ölüm əmsalı və boşanmaların dinamikası haqda da məlumat verib: "Ölüm əmsalı göstəricisi artımla (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə daha yüksəkdir. Bu baxımdan Göyçay, Zərdab, Kürdəmir və Bərdə rayonlarının şəhər əhalisi mənfi mənada fərqlənir. Nikahlarda azalma (7,5-6,5), boşanmalarda isə sürətli artım (1,5-1,8) müşahidə olunur".

E.Bədəlov körpə ölümünə görə şəhərlə kənd əhalisi arasında böyük fərqlər olduğunu bildirib ki. O qeyd edib ki, ölkəmizdə uşaq yaşda (0-14) ölüm sayının 10 %-dən yüksək olması qonşu ölkələr arasında ən böyük göstəricidir.

Tədqiqatçının fikrinə görə demoqrafik proseslərdə baş verən mənfi proseslərin qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlər görülməlidir.

Əlaqədar

Bərdədəki "ölüm yolu"na əncam çəkildi
Daimi müşahidə ölüm riskini azaldır
Böyük Türkün ölüm günü
"Ölüm zonası"ndan yeni xəbər gəldi
"Ölüm kometası" sabah Yerə yaxınlaşacaq - FOTO
Teqlər:
Boşanma, nikah, rəqəm, ölüm, uşaq

Əsas mövzular