21:03 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Azərbaycan manatı, arxiv şəkli

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi qəbul edildi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
59 0 0

Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsi qəbul edildi

BAKI, 30 noyabr – Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.

"İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən isə, gələn il Fondun gəlirləri üzrə 8 3451,4 min manat məbləğində nəzərdə tutulub ki, bu da Fondun 2018-ci il üçün təsdiq edilmiş gəlirləri ilə müqayisədə 5 588,6 min manat və ya 6,3% azdır.

Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsi qəbul edilib.

Əlaqədar

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinə dəyişikliklər təsdiqlənib
Dövlət Sosial Müdafiə Fonduna direktor təyin olunub
Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub
Teqlər:
təsdiq, büdcə, Dövlət Sosial Müdafiə Fondu, Milli Məclis

Əsas mövzular