CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda peşə məktəbləri ilə bağlı vacib qərar verildi

© Sputnik / Murad OrujovКабинет министров Азербайджанской Республики
Кабинет министров Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda 10 peşə təhsil mərkəzi yaradılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib.

Etibar Əliyev - Sputnik Azərbaycan
Ekspert: “Orta məktəb məzunlarının peşə təhsilinə marağı azdır”

Bundan başqa, 1 nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilib və onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, 3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Xaçmaz Peşə Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilib və onların bazasında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi, Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilib və onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyi birləşdirilib və onların bazasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Ağstafa Peşə Məktəbi, Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi və Tovuz Peşə Liseyi birləşdirilib və onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Şəki Peşə Məktəbi və 2 nömrəli Şəki Peşə Məktəbi birləşdirilib və onların bazasında Şəki Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Balakən Peşə Məktəbi və 2 nömrəli Balakən Peşə Məktəbi birləşdirilib və onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi, 2 nömrəli Ağdam Peşə Məktəbi və 4 nömrəli Ağdam Peşə Məktəbi birləşdirilib və onların bazasında Ağdam Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Füzuli Peşə Məktəbi və 2 nömrəli Füzuli Peşə Məktəbi birləşdirilib və onların bazasında Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Dövlət Peşə Təhsil Mərkəzlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Xəbər lenti
0