14:40 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Azərbaycan Prezidenti İlham Əliyev

İlham Əliyev Azərbaycan müəllimlərinə müraciət etdi

© Photo: Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
CƏMİYYƏT
Qısa URL
830 0 0

Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir.

BAKI, 28 noyabr — Sputnik. Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, qurultayda Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, dövlət və hökumət nümayəndələri, deputatlar, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edirlər.

Qurultayda Azərbaycan prezidenti İlham Əliyevin müəllimlərə ünvanlandığı təbrik məktubu oxunub.

Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
© Official web-site of President of Azerbaijan Republic

Məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları, əziz müəllimlər və təhsil işçiləri. Sizi - Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarını səmimi salamlayır, ölkəmizin bütün təhsil işçilərinə ən xoş arzularımı bildirir, hər birinizə çətin, şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.

Müəllimlərin bu ali məclisinin Azərbaycan Xalq Cümhuriyyətinin əlamətdar 100 illik yubileyi ilə bir vaxta təsadüf etməsinin rəmzi mənası var. Ölkəmizdə anadilli təhsil sistemində təhsil quruculuğunun təməli məhz Xalq Cümhuriyyəti dövründə qoyulub. Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan bu gün dinamik inkişaf tempinə malik dövlətlərdəndir. İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da müsbət təsirini göstərib. Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır. Bilik iqtisadiyyatına keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrasına başlanılmasından beş il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılıb. Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənib".

Qeyd olunub ki, ümumi təhsildə yeni proqramların tətbiqi başa çatdırılıb, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənib, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" müvəffəqiyyətlə başa çatıb və bu günlərdə yeni - "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul olunub:

"Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlib, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artıb. Qazanılan uğurlar dövlətin təhsil siyasətinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir. Ali məclisinizin təhsil sahəsində ötən dövr ərzindəki fəaliyyəti lazımınca dəyərləndirərək gələcək strateji hədəfləri düzgün müəyyənləşdirəcəyinə və ölkənin intellektual potensialının təhsilin inkişafı məqsədi ətrafında səfərbər edəcəyinə əminəm.

İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlı və azərbaycançılıq məfkurəsi uğrunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliyə malik, rəqabətədavamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar".

Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb.

Tədbirdə "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunur. Eyni zamanda ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılır.

Qurultay çərçivəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi" medalına layiq görülən 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir.

Əlaqədar

Bir məzunu belə instituta qəbul olmayan məktəbdə qadın müəllim "inqilab edib"
Ekspert: “Elə şəxslər var ki, müəllim peşəsini gözdən salır”
Müəllim və direktorlar üçün yeni müsabiqə elan olunub
Müasir müəllim necə olmalıdır: problemlər və həlli yolları
Azərbaycanda müasir müəllim modeli formalaşmayıb

Əsas mövzular