CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oqtay Əsədov yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı maliyyə nazirinə təklif verib

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində olacaq

BAKI, 27 noyabr - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, müzakirələr zamanı Milli Məclisin sədri Oqtay Əsədov maliyyə naziri Samir Şərifova müraciət edərək sözügedən qanun layihələrə yenidən baxılmasını təklif edib: “Hörmətli maliyyə naziri Samir Şərifov, hesab edirəm ki, növbəti ildə “Ehtiyac meyarı" və "Yaşayış minimumu" haqqında qanunlara yenidən baxmaq lazımdır”.

Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəhələri ikinci oxunuşda qəbul edilib. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əməkqabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.

“Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində olacaq.

Xəbər lenti
0