CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni telekanala müddətsiz yayım lisenziyası verildi

© Sputnik / Murad OrujovПульт дистанционного управления телевизором, фото из архива
Пульт дистанционного управления телевизором, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın yeni televiziya kanalı ümumrespublika yayımına başlayıb

BAKI, 27 noyabr — Sputnik. Bu gündən Bakı Teleqüllə Kompleksindən "ARB 24" TV proqramının DVB-T standartında Full HD formatlı yayımına başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Пульт дистанционного управления телевизором - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda telekanalda çoxsalı pozuntular aşkar edildi

Məlumata görə, Nazirliyin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Bakı Teleqüllə Kompleksindən "ARB 24" TV proqramının DVB-T standartında Full HD formatlı yayımına başlanılıb.

Buna qədər isə, "ARB 24" TV proqramının Bakı şəhəri və Abşeron yarımadası ərazisində açıq paketdə rəngli sətr generatoru şəklində sınaq yayımı aparılıb.

Sınaq yayımlarına dair xüsusi ekspert qrupunun yekun müsbət rəyindən sonra, 27.11.2018-ci il tarixindən etibarən, Teleradio İB-nə məxsus yayım vasitələri ilə 31-ci TV kanalda 554 MHs tezlikdə "ARB 24" TV proqramının açıq paketdə yayımı təmin olunub.

Qeyd edək ki, "ARB 24" TV proqramını qəbul edə bilmək üçün rəqəmli TV qəbuledicilər 31-ci TV kanala (və ya 554 MHs tezliyə) yenidən köklənməlidir.

Market əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda telekanal və məşhur mağazalar şəbəkəsinin əməkdaşları arasında qalmaqal

Bunun üçün qəbuledicilərdə avto axtarış vermək və ya əl rejimində 31-ci TV kanalı (və ya 554 MHs tezliyi) seçib axtarış vermək lazımdır.

Məlumat üçün bildirək ki, Milli Televiziya və Radio Şurasının 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) elan etdiyi müsabiqənin qalibi "Türkel TV" MMC (ARB 24) olub.

Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

Xəbər lenti
0