CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaydanı pozsalar da, məsuliyyət daşımırlar, çünki cərimə müəyyənləşməyib

© Sputnik / Anar MustafayevПоезд на станции Эльмляр Академиясы Бакинского метрополитена
Поезд на станции Эльмляр Академиясы Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
"İnzibati Xətalar Məcəlləsində konkret metroda yer verməməklə bağlı cərimə nəzərdə tutulmayıb"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Bakı metrosunda şütüyən bütün vaqonlarda maarifləndirmək məqsəd ilə lövhələr vurulub. Həmin lövhələrdə sərnişinlərə hüquqları, eləcə də qadağalar barədə məlumat verilir. Sərnişinlərin hüquqlarını göstərən 4.1.4. bəndində yazılıb ki, hər bir şəxs vaqonlarda məktəbəqədər yaşlı uşaq ilə olan sərnişinlər, hamilə qadınlar, əlillər və ahıllar onlar üçün nəzərdə tutulmuş xüsusi yerləri digər sərnişinlərdən boşaltmağı tələb edə bilər.

Одна из станций Бакинского метрополитена, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metropoliten fərqli rejimə keçir

Amma maraqlısı odur ki, vaqonlarda həmin yerlər göstərilməyib. Metro istifadəçiləri söhbətin hansı yerdən getdiyindən xəbərsizdirlər. Həmçinin sərnişinlər bilmirlər ki, orada yazılan tələbi pozduqları halda, onları hansı cəza gözləyir.

Sputnik Azərbaycan-ın əməkdaşı mütəxəssislərdən bu sualların cavablarını soruşub.

“Bakı Metropoliteni” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, sovet dövründə belə bir qanun olub. Qatarın hansı şüşəsinə əlilliyi və uşaqlı valideynləri ifadə edən yapışqan işarələr olurdusa o şüşənin altında yerləşən oturacaqlar yalnız uşaqlı valideynlər, qocalar, əlillər, hamilə qadınlara məxsus olduğunu göstərirdi.

B.Məmmədov vurğulayıb ki, o ənənə bu gün də qalmaqdadır: “Hazırda da eyni ənənəni qoruyub saxlayırıq. Sadəcə vaqonlarda olan köhnə yapışqanlı işarələri yeniləri ilə əvəz edirik. Təbii ki, bu yerlər məhz hamilə qadınlar, qocalar, uşaqlı valideynlər və əlillər üçün nəzərdə tutulur. Qatara belə şəxslər daxil olarsa, sərnişinlər onların yerlərini tərk etməlidir. Bu, sərnişinin borcudur. Sərnişin ayağa qalxmazsa, qaydanı pozur”.

“İnzibati Xətalar Məcəlləsində isə konkret metroda yer verməməklə bağlı cərimə nəzərdə tutulmayıb" – deyə qurum sözçüsü bildirib.

B.Məmmədovun sözlərinə görə, sərnişinlərə yol verməməklə bağlı bu günə kimi heç bir problem aşkarlanmayıb: “Nə bizə, nə metropolitenin təhlükəsizliyini təmin edən polislərə sərnişinlər tərəfindən şikayət gəlməyib. Amma belə hal olarsa, sərnişin öncə oturan şəxsə deməlidir ki, yeri boşaltsın. Sərnişin yeri boşaltmazsa, bu zaman maşinistə, daha sonra növbəti stansiyada nəzarətçiyə və polisə müraciət etməlidir. Sərnişinə xəbərdarlıq ediləcək və o yerdən qaldırılacaq".

Hüquqşünas Elyar Həsənov isə bildirib ki, öncə vaqonlardakı həmin yerləri hamının anlayacağı şəkildə, xüsusi qeyd etmək lazımdır: “Bu gün sərnişinlərin əksəriyyəti bu barədə məlumatsızdır. Yerləri hər kəsin anladığı şəkildə müəyyənləşdirdikdən sonra bunu qanunla tələb etmək olar. Əgər yerlər xüsusi şəxslər üçün ayrılıbsa, o zaman digər sərnişinlər yer verməyə borcludurlar. Bunu etmədikdə isə cərimələnə bilərlər”.

“Əgər qanunvericilikdə bununla bağlı cərimə nəzərdə tutulmayıbsa, onda bu, qanunda boşluqdur. Çünki qanunda bu tələb varsa, cəzası da olmalıdır" – deyə hüquqşünas vurğulayıb.

Xəbər lenti
0