23:18 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Арест, фото из архива

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
136 0 0

Noyabrın 23-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib

BAKI, 24 noyabr - Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən noyabrın 23-də gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Bu barədə Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, həmin gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin noyabrın 23-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb , daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Gün ərzində cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Əsas mövzular