CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kiminsə sevgilisi, saxladığı qadın deyiləm, gecələr rəqs edib çörək qazanıram"

© Sputnik / Murad OrujovMəşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova
Məşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur rəqqasə: Axı oğlum mənə görə niyə utanmalıdır?!

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Ərəb rəqslərinin mahir ifaçısı olan məşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova peşəsini dəyişmək və aparıcı olmaq qərarına gəlib. Rəqqasə özünün yeni sənəti, keçirdiyi plastik cərrahiyyə əməliyyatları və şəxsi həyatı barədə Sputnik Azərbaycan-a danışıb.

- Rəna, niyə tez-tez bədəninizin müxtəlif yerlərində cərrahiyyə əməliyyatı keçirirsiz?

- Düzünü desəm, burnumda problem var idi. Sadəcə, özümdə nəsə dəyişiklik etmək istədim və rinoplastika elətdirməyə qərar verdim. Əməliyyatı Türkiyədə elətdirdim və nəticədən razı qaldım. Çünki əməliyyatdan sonra üzümdə hər hansı şişkinlik, göyərmə, burnumda isə tampon olmadı. Həkim burnumu bir qədər korrektə elədi. Hələlik yalnız 3 əməliyyat keçirmişəm və hamısının da nəticəsindən razı qalmışam. Əvvəlcə çox qorxurdum, lakin birinci əməliyyatdan sonra başa düşdüm ki, burada qorxulu heç nə yoxdur.

© Sputnik / Murad OrujovMəşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova
Kiminsə sevgilisi, saxladığı qadın deyiləm, gecələr rəqs edib çörək qazanıram - Sputnik Azərbaycan
Məşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova

Eyni zamanda bu yaxınlarda sinəmi böyütdürmüşəm və gözlədiyimdən böyük alınıb. Mən arığam və onu daşımaq mənə bir qədər çətindir. Bu əməliyyatın mənim peşəmlə heç bir əlaqəsi yoxdur. Mənim iki uşağım var. Və heç kəsə sirr deyil ki, hamiləlik vaxtı və doğuşdan sonra qadının fiqurasında dəyişikliklər əmələ gəlir. Mən həmişə qızlara uşaq doğandan və 30 yaşdan sonra estetik əməliyyat keçirməyi tövsiyə edirəm. Misal üçün mənim artıq 34 yaşım var və özümdə dəyişikliklər etməyə başlamışam. Biz səhnə adamları həmişə ideal görünməliyik. Etiraf edim ki, heç vaxt özümü ideal və gözəl hesab etməmişəm, sadəcə suyuşirinəm (gülür-red.).

- Bəlkə bu əməliyyatlar sizin çoxlu komplekslərinizin olması ilə bağlıdır?

- Yox, heç vaxt komplekslərim olmayıb.

- Özünüzdə başqa nəyi dəyişmək istəyirsiz?

- Hər şey yeni texnologiyalardan və mənim əhval-ruhiyyəmdən asılıdır. Mən risk etməyi çox sevirəm. Amma özümdə nəyisə həddindən artıq dəyişməyə hazırlaşmıram.

© Sputnik / Murad OrujovMəşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova
Kiminsə sevgilisi, saxladığı qadın deyiləm, gecələr rəqs edib çörək qazanıram - Sputnik Azərbaycan
Məşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova

- Nə zamansa risk etdiyinizə görə peşman olmusuz?

- Dəfələrlə belə olub. Mən çox tez-tez riskə gedirəm. İndi isə özümə söz vermişəm ki, bundan sonra eyni səhvləri etməyəcəm. Mən artıq kamilləşmişəm.

- Rəna, siz Azərbaycana Nijni Tagildən gəlmisiz və qısa müddətdə şöhrət qazanmısız. Başqa nə arzulayırsız?

- Hazırda bütün arzularım uşaqlarımla bağlıdır. Çox istəyərdim ki, onlar öz sənət sahələrində məşhur insanlar olsunlar və uğur qazansınlar. Hər dəfə onlara deyirəm ki, məqsədlərə nail olmaq üçün daim işləməlisiz. Mən onlara pulu sevməyi və onun qədrini bilməyi öyrədirəm. Oğlum çox qənaətcildir, qızım isə yox. İndi mənə bir qədər çətindir, çünki oğlum keçid dövründədir. O, hətta artıq sevməyə başlayıb.

Həyatda mənim üçün ən vacib olan şey uşaqlarım və işimdir. Çox istəyirəm onlar mənimlə fəxr eləsinlər və əminəm ki, belə də olacaq. Çünki hər şeyi onlar üçün edirəm. Hər dəfə mənə sual verirlər: oğlun sənə görə utanmır ki? Mənsə onlara izah edirəm ki, o, niyə mənə görə utanmalıdır? Axı hamı mənim nə işlə məşğul olduğumu bilir. Hər gün evə gələndə onlar necə yorğun vəziyyətdə olduğumu görürlər. Mən çox asanlıqla kiminsə sevgilisi, saxladığı qadın ola bilərəm. Amma bunu etmirəm, bu, mənə lazım deyil. Bütün gecəni müxtəlif məclislərdə rəqs etməyə hazıram və pulu zəhmətlə qazanıram.

© Sputnik / Murad OrujovMəşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova
Kiminsə sevgilisi, saxladığı qadın deyiləm, gecələr rəqs edib çörək qazanıram - Sputnik Azərbaycan
Məşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova

- Deməli, sizin heç bir şəxsi həyatınız yoxdur?

- Xaraktercə özümə oxşayan insanı tapa bilmirəm. O, məni necə varamsa, elə də qəbul etməlidir. Biri ilə ünsiyyət qurduğumda, o şəxs ikinci sualında oğlum və ya qızımı soruşmursa, dərhal onunla ünsiyyəti dayandırıram. Ümumiyyətlə, heç kəsi uşaqlarıma yaxın buraxmaq istəmirəm. Bir kişiyə əmin olmadan, onu uşaqlarımla tanış etmirəm. O, məni uşaqlarımla birlikdə qəbul etməlidir, amma bilirəm ki, belə adam heç vaxt olmayacaq.

- Sizə ona ərə getməyi təklif edən kişi olub?

- Evlənmək təklifini heç kəs etmir. Hamı görüşmək və birlikdə vaxt keçirmək istəyir. Mən ümumiyyətlə ərə getməyi planlaşdırmıram. Oğluma görə bunu edə bilmərəm.

- Rəna, siz rəqqasəsiz, indi isə aparıcılığa hazırlaşırsız. Bu necə baş verib?

- Bu, mənim ikinci arzumdur. Mənə çox çətindir. Çox yoruluram. Səhərlər verilişlərin çəkilişlərində oluram, axşamlar tədbirlərə rəqs etməyə gedirəm. Bəzən elə olur ki, bir gündə 9-dan artıq banketdə çıxış etməli oluram. Gələcəkdə öz rəqqasəlik karyeramı başa vurub yalnız aparıcı olmaq istəyirəm. Hazırda bunun üzərində işləyirəm. Düşünürəm ki, bacaracağam. Çünki təbiətən məqsədyönlü insanam. Axşamlar Azərbaycan dilində kitablar oxuyuram ki, bu dildə yaxşı danışa bilim.

© Sputnik / Murad OrujovMəşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova
Kiminsə sevgilisi, saxladığı qadın deyiləm, gecələr rəqs edib çörək qazanıram - Sputnik Azərbaycan
Məşhur azərbaycanlı rəqqasə Rəna Ağamuradova

- Bir çox müğənnilər bizneslə məşğul olur. Siz heç bu barədə fikirləşməmisiz?

- Arzum olub, amma bilirəm ki, biznes qadını deyiləm.

- Sizin şagirdiniz olmaq arzusunda olanlar var?

- Bəli, arzu edənlərin sayıl çoxdur, amma mən hamısından imtina edirəm. Buna sadəcə gücüm yetmir. Gündüzlər dərs deyib axşamlar mərasimlərdə çıxış edə bilmərəm.

- Hazırda nə üzərində işləyirsiz?

- Düzü planlarım çoxdur. Bu yaxında toy mövsümü başlayıb. Ona görə də, həmin planları təxirə salmalı olmuşam. Klip çəkdirməyi planlaşdırmıram, çünki onlar çoxlu baxış sayı toplamırlar. Mənim sosial şəbəkələrdə xeyli kiçik çarxlarım var. Hazırda daha çox öz verlişimlə məşğulam.

Xəbər lenti
0