CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlar maaş və ehtiyacları haqqında: "Elə bilirlər, milyardlarla pul qazanırıq"

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Nə üçün millət vəkili xaricdən qonaq qarşılayarkən kiməsə müraciət etməlidir?"

Nigar Məhərrəm, Sputnik Azərbayan.

BAKI, 20 noyabr — Sputnik. Son zamanlar bəzi Milli Məclis üzvləri özlərinin və parlamentdə çalışanların maaşlarının artırılması ilə bağlı təkliflər səsləndirirlər. Bu təkliflər isə, cəmiyyətdə birmənalı qarşılanmır. Əksəriyyət hesab edir ki, deputatların hazırkı əmək haqları onların ehtiyaclarını qarşılamağa yetir.

Siyavuş Novruzov - Sputnik Azərbaycan
Daha bir deputat öz əməkhaqlarının artırılmasını tələb edir

Maraqlıdır, bu məsələdə millət vəkilləri özləri nə düşünürlər, yəni əmək haqları onları qane edirmi? Sputnik Azərbaycan bu sualı millət vəkillərinin özlərinə ünvanlayıb.

Parlamentin İnsan hüquqları komitəsinin üzvi Fazil Mustafa bildirib ki, təqaüdçünün, müəllimin, həkimin maaşı aşağıdır və belə olan halda deputatın maaşının artırılmasına lüzum yoxdur: "Onların maaşı yüksək olsaydı, differensasiya ilə bizim maaşımızın da qalxması yaxşı olardı".

Elm və təhsil komitəsinin üzvi Sona Əliyeva da düşünür ki, aldıqları əmək haqqı normaldır.

Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvi Dilarə Cəbrayılova da aldığı əmək haqqının onu qane etdiyini deyib: "Əmək haqqımızı artırmaq istəyirlərsə, büdcə də buna imkan verirsə, o zaman artırsınlar. Bunu edərlərsə, sağ olsunlar. Lakin hazırda bizim birinci işimiz təhsil və müdafiə sahəsinə vəsait sərf etməkdir".

İnsan hüquqları komitəsinin üzvi Əflatun Amaşovun bu barədə fikirləri isə bir qədər fərqli olub: "Çox təəssüf ki, biz cəmiyyətə Milli Məclisin fəaliyyəti ilə bağlı dolğun informasiya verə bilməmişik. Elə təsəvvür edirlər ki, deputat kapitalistdir, milyardlarla pul qazanır, seçicisi ilə görüşmür, onun cəmiyyətə faydası yoxdur. Bu səbəbdən də millət vəkilinin maaşının artırılması məsələsi gündəmə gəldikdə, bizi topa tuturlar. Bəzən məsələnin mahiyyətinə varmadan müxtəlif təzadlı fikirlər səsləndirilir".

Ə.Amaşov vurğulayıb ki, deputatların işinin kifayət qədər olması nəzərə alınmalıdır: "Deputatlar parlamentdə üzərilərinə düşən işi görür, tez-tez seçicilərlə görüşür, xarici ölkələrə səfər edir, qonaqları qarşılayırlar. Bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, Türkiyə və digər ölkələrlə müqayisədə Azərbaycanda millət vəkillərinin maaşı kifayət qədər aşağıdır. Deputatın qarşısına qoyduğu vəzifəni layiqincə icra etməsi üçün onun normal maliyyə imkanları olmalıdır".

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Millət vəkilinin barəsində gün görməmiş həqiqətlər üzə çıxdı

"Millət vəkilinin maaşı elə olmalıdır ki, aldığı məvacibə söykənərək işini qura bilsin. Nə üçün millət vəkili xaricdən qonaq qarşılayarkən kiməsə müraciət etməlidir? Deputat iqtisadi baxımdan heç kəsdən asılı olmalı deyil. Bundan başqa, bir də görürsən ki, kimsə səni hansısa ailə şənliyinə, övladının toyuna dəvət edir. Belədə də müəyyən problemlər olur. Bu, bir reallıqdır. Reallıqdan qaçmaq olmaz" – deyə millət vəkili əlavə edib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvi Zahid Oruc da həmkarı kimi düşünür: "Parlament üzvi olmaq müxtəlif şikayətlər, təkliflər, tələblərlə üzbəüz qalmaq deməkdir. Reallıq ondan ibarətdir ki, millət vəkili bütün işlərini görmək üçün avtobus və metrodan istifadə etmir. İşimizlə əlaqədar olaraq bəzən elə bir vəziyyət yaranır ki, səndən konkret maddi yardım, köməklik istənilir. O səbəbdən parlament üzvlərinin maaşları ilə bağlı cəmiyyətdə və sosial şəbəkədə bir həssaslıq var. Bu həssaslıq da başa düşünüləndir. Düşünürəm ki, əhalinin bütün təbəqəsinin maaşı, gəlirləri yaşayış minimumundan 3-4 dəfə yuxarı həddə çatdırılsa, artıq millət vəkillərinə qarşı bu münasibət sönmüş olacaq".

"Lakin hazırkı əmək haqqı çox normaldır. Bu əmək haqqı ilə normal yaşayırıq. Maaşların artırılması ilə bağlı əksər həmkarlarım kimi heç bir təşəbbüs göstərməmişəm. Hansısa gizlin sahibkarlıq fəaliyyəti ilə də məşğul deyiləm" – deyə Z.Oruc əlavə edib.

Qeyd edək ki, millət vəkillərinin maaşı sonuncu dəfə 2018-ci il mayın 1-də artırılıb. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyə əsasən, Milli Məclis sədrinin maaşı 2475, sədrin I müavininin maaşı 2227, Milli Məclis sədrinin müavininin maaşı 2103, Milli Məclisin komitə sədrinin maaşı 1980, komitə sədrinin müavininin maaşı 1856 manat nəzərdə tutulub. Digər millət vəkillərinin əmək haqqı isə 1732 manatdır.

Xəbər lenti
0