CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BNA qərəzli xəbərlə bağlı açıqlama verdi – VİDEO

© Sputnik / Murad OrujovBakıda avtobus dayanacağı
Bakıda avtobus dayanacağı - Sputnik Azərbaycan
Abunə olmaq
“Ümid edirik ki, avtosfer.az saytı bundan sonra məsələlərə daha peşəkar yanaşaraq obyektivlik nümayiş etdirəcək”

BAKI, 16 noyabr — Sputnik. "13.11.2018 tarixində avtosfer.az informasiya saytında "Baku Bus"-un sürücüsü "ölümünə" sürdü başlıqlı xəbər yayımlanıb. Yazı müəllifi bildirir ki, Yasamal rayonu Ə. Haqverdiyev küçəsi ilə hərəkətdə olan, "Baku Bus"-a məxsus 3 nömrəli, 99-JH-297 dövlət nömrə nişanlı marşrut avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Saytda iddia olunan qayda pozuntusunu təsdiq edən video da yayımlanıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev öz "Facebook" səhifəsində məlumat verib.

O, qeyd edib ki, məsələ Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və araşdırılıb: "Əslində nə baş verdiyini təqdim etdiyimiz videodan da açıq görmək mümkündür. Lakin təəssüflər olsun ki, nəqliyyat məsələləri üzrə ixtisaslaşmış avtosfer.az saytı məsələnin tam araşdırmadan yayımlayıb. Ümid edirik ki, avtosfer.az saytı bundan sonra məsələlərə daha peşəkar yanaşaraq obyektivlik nümayiş etdirəcək".

Xəbər lenti
0