CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq çəkili uşaqların təhsil problemi də ola bilər

Abunə olmaq
Valideynlərdən uşaqların bədən kütlə indeksi və məktəb müvəffəqiyyətinin beş əsas meyar ilə qiymətləndirməsi istənilib.

BAKI, 15 noyabr — Sputnik. Artıq çəkili uşaqların məktəbdə təhsilində yaşadığı problemlər araşdırılır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, artıq çəki təkcə onların sağlamlığına deyil, psixo-sosial davranışlarına da təsir edir.

Kök adam - Sputnik Azərbaycan
SƏHİYYƏ
Artıq çəki beyinə necə zərər verirmiş...

ABŞ-ın Rod-Aylend ştatının Braunov Universitetinin alimlərinin apardığı araşdırmada 10-17 yaşlı uşaqların böyüdüyü 22 914 ailə iştirak edib. Valideynlərdən uşaqların bədən kütlə indeksi və məktəb müvəffəqiyyəti beş əsas meyar üzrə qiymətləndirməsi istənilib.

Bura, yeni mövzuların öyrənilməsinə maraq, başlanan işin sona qədər görülməsi bacarığı, çətin vəziyyətdə özünü idarəetmə və sakitliyin qorunması bacarığı, səylər, ev tapşırıqlarının yerinə yetirilməsi daxil edilib.

Nəticədə, piylənmədən əziyyət çəkən 27, 5 faiz, artıq çəkili uşaqların 36,5 faizi, normal çəkili uşaqların isə 39 faizi "beşdən beşini" keçə bilib.

Mütəxəssislərin fikrincə, məktəb problemləri böyük yaşlarda da ağır nəticələrə gətirib çıxara bilər.

Eyni zamanda, elm adamları xəbərdarlıq edirlər ki, artıq çəkili uşaqlar riskli davaranışlara və qeyri-sağlam həyat tərzinə meylli ola bilərlər.

Statistik məlumatlara görə, Böyük Britaniya və ABŞ-da hər 5 uşaqdan birində kritik artıq çəki var. Uşaq piylənməsi bir çox ölkələrin əsas sağlamlıq problemlərindən birinə çevrilir. Araşdırmanın müəllifləri bu xəstəliklə dərhal mübarizə aparmağa çağırır.

Daha əvvəl isə araşdırmaçılar müəyyən etmişdi ki, piylənmə yeniyetmələrdə gələcək yaşlarda mədəaltı vəzdə xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.

Xəbər lenti
0