20:28 18 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Pendir satışı, arxiv şəkli

Azərbaycanda yeganə kolxozun sədri işbazlara xəbərdarlıq etdi

© Sputnik / Nikolay Khizhnyak
CƏMİYYƏT
Qısa URL
5317 0 0

İvanovkanın adından istifadə edən işbazlar barədə hüquqi ölçü götürüləcək

BAKI, 13 noyabr — Sputnik. Məşhur İvanovka kəndində istehsal edilən məhsullar brendləşdiriləcək. Bunu Sputnik Azərbaycan-a ölkədəki yeganə kolxozun sədri Vasili Novoseltsev deyib.

İvanovka kəndi İsmayıllı rayonunda yerləşir. Kəndin 3 minə yaxın əhalisi var. Burada 200 il əvvəl Rusiyanın mərkəzi rayonlarından Azərbaycana köçürülmüş molokanların nümayəndələri yaşayır. İvanovka sovet dövründən qalmış yeganə kolxozdur.

Kolxoz kənd təsərrüfatı məhsulları istehsal edir və bu məhsullar kolxozun iki mağazasını təmin edir. Həmin mağazalardan biri İsmayıllı rayonunda, digəri isə Bakının mərkəzində yerləşir. Lakin İvanovka məhsullarının əhali arasında öz keyfiyyətinə görə populyarlıq qazandığını görən bəzi işbaz sahibkarlar, "İvanovka" brendindən istifadə edərək öz məhsullarını bazara çıxarırlar.

"Hazırda İvanovka brendi altında çoxlu keyfiyyətsiz məhsul istehsal edilir. Onların qiymətləri hətta maya dəyərindən aşağıdır. Qeyri-sağlam rəqabətlə bağlı bütün məsələlərlə bizim hüquqşünaslar və dövlət standartına məsul olan qurumlar məşğul olacaq. Biz mütləq öz məhsullarımızı brendləşdirəcəyik" - deyə kolxozun rəhbəri bildirib.

Bununla yanaşı, son günlər KİV-də İvanovkanın Bakıdakı mağazasının bağlanması ilə bağlı məlumatlar yayılıb. Lakin Novoseltsev birmənalı surətdə bu məlumatları təkzib edib. Bildirib ki, sadəcə mağazanın satıcıları dəyişdiriləcək.

O, qeyd edib ki, özbaşına bu cür qərarlar qəbul etmək səlahiyyətinə malik deyil, çünki ticarət obyekti kolxozun mülkiyyətidir. Onun sözlərinə görə, bu barədə qərarları ümumi iclas, nəzarət və icra şuraları verir.

Novoseltsev Bakıdakı İvanovka mağazasının rentabelli olmadığı barədə bəyanatlara da münasibətini bildirib.

"Kolxoz İvanovka əhalisini tamamilə ərzaq məhsulları ilə təmin edir, artıq qalan məhsul isə mağazada satışa çıxarılır. Lakin kəndlilər sənaye miqyaslı ərzaq məhsulları istehsal edə bilmir. Rentabelli olmamaq barədə söhbətlər də buradan qaynaqlanır. Amma bu gün kolxozda günəbaxan yağı, süd məhsulları istehsal edilir, çörək bişirilir, un üyüdülür. Digər məhsullara gəlincə, mağaza onları özəl sektordan alır" - deyə kolxoz sədri bildirib.

Novoseltsevin sözlərinə görə, kolxoz mənfəəti artırmaq niyyətindədir. Bu səbəbdən də perspektivdə istehsal ediləcək məhsulların çeşidini artıracaq və hətta öz məhsullarını reklam edəcək.

Əlaqədar

İlham Əliyev İsmayıllı sakinlərini sevindirdi
İsmayıllı silkələndi
Səyyar ASAN xidmət İsmayıllı və Lerikdə
İsmayıllı dağlarında keçi axtaran oğlanlar brend pencəkli mumiya ilə qarşılaşıblar
Teqlər:
kolxoz, qanun, brend, kənd təsərrüfatı məhsulları, İsmayıllı, İvanovka

Əsas mövzular