07:10 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Prezident İlham Əliyev Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında

Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin binasının açılışını etdi

© Official web-site of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
82 0 0

Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olub.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binası
© Official web-site of President of Azerbaijan Republic
Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binası

Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev binada yaradılan şərait barədə məlumat veriblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada innovativ layihələrlə də tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Elektron hökumət”in yeni inkişaf konsepsiyası barədə də ətraflı məlumat verilib.

Əlaqədar

İlham Əliyev açılış etdi
Qış Olimpiya Oyunlarının açılış mərasimi baş tutub
Tarixdə Birinci Avropa Oyunlarının açılış mərasimi
TANAP-ın açılış mərasimi keçirilir — VİDEO
Bakıda dünya çempionatının açılış mərasimi olub
Teqlər:
birinci xanım Mehriban Əliyeva, açılış, İlham Əliyev

Əsas mövzular