CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Nəqliyyat Agentliyi etirazları əsassız sayır: Biz heç kimə qorxulu anlar yaşatmırıq

© Sputnik / Murad OrujovАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mais Ağayev: "BakuBus" sürücüsünün təqsiri səbəbindən qəzalar da olub, bunu danmırıq və danmaq da mümkün deyil"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Son zamanlar sosial şəbəkə istifadəçiləri tərəfindən "BakuBus" MMC-nin sürücüləri ilə bağlı çox sayda şikayətlər edilir. Redaksiyamıza da bu mövzuda daxil olan şikayətlərin sayı az deyil. Məsələn, şikayətlərin birində qeyd olunur ki, bir müddət öncə "BakuBus"da xəstə uşağın halı pisləşib, amma sürücü "dayanacaqdan kənarda saxlaya bilmərəm" – deyə avtobusu dayandırmayıb.

Sərnişin avtobusu yol kənarında dayanan yük maşını ilə toqquşaraq yanıb - Sputnik Azərbaycan
HADİSƏ
Avtobus qəzaya uğradı, ölənlərin sayı dəqiqləşdirilir

Şikayətlərdə o da vurğulanır ki, "BakuBus" avtobuslarını idarə edən sürücülər, həmçinin yol hərəkəti qaydalarını da kobud şəkildə pozurlar. Hətta, ötən ayın sonlarında "BakuBus"ın iki avtobusunun toqquşması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Sputnik Azərbaycan çoxsaylı etirazlara səbəb olan bu problemi araşdırmağa çalışıb. "Avtostop" radio verilişinin aparıcısı Tural Yusifov düşünür ki, insanlar da baş verənləri bir az "şişirdirlər", öz rahatlıqları üçün harada gəldi, avtobusları saxlatmağa öyrəşiblər, ona görə də yeni sistemə hələ alışa bilmirlər.

"Amma, həqiqətən də, hansısa sərnişinin səhhətində problem olubsa, yəni avtobusdakı insanın, doğrudan da, vəziyyəti pisləşibsə, sürücü avtobusu dayanacaqdan kənarda olsa belə, saxlamalıdır" - ekspert bildirib.

T.Yusifov vurğulayıb ki, "Yol hərəkəti haqqında" Qanunda da məcburi dayanma var: "Sürücülərin və ya sərnişinlərdən birinin qəfil halı pisləşərsə, sürücülər avtobusu dayandırmalıdırlar. Bu, məcburi dayanma olduğu üçün sürücüyə heç kim heç nə deməyəcək. Bunun cəriməsi də yoxdur. Sadəcə təlimatlandıranda sürücüyə deyiblər ki, nə olur olsun, avtobusu saxlamayın. Sürücü də elə bilir ki, avtobusu heç bir halda dayanacaqdan kənarda saxlamaq olmaz".

Məsələyə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayev də münasibət bildirib: "Doğrudur, son vaxtlar həm sosial şəbəkələrdə, həm də KİV-də "BakuBus"-da müəyyən çatışmazlıqların olması ilə bağlı yazılar yayımlanır. Amma, əslində, vəziyyət heç də təqdim edildiyi kimi, elə də ciddi narahat doğuran səviyyədə deyil. Bu məlumatları təhlil etdikdə, onların bir qisminin, əslində, reallıqdan kənar təqdim edildiyinin şahidi oluruq".

Старый автобус в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda sərnişin avtobusu yenə faciəyə səbəb oldu

BNA sözçüsü konkret faktlar da açıqlayıb: ""BakuBus"-a məxsus 3 nəqliyyat vasitəsinin toqquşmasını bir çox informasiya saytları və sosial şəbəkə istifadəçiləri ""BakuBus"-ın avtobusları yarışdı" başlığı ilə təqdim etdi. Amma, əslində, həmin gün hava yağıntılı olduğundan depoya qayıdan avtobuslar sürüşmə nəticəsində bir-birinə dəymişdi. "BakuBus"-ın avtobusları sifarış edilərkən, onlarda sürətdə limitin olması əsas tələb kimi qoyulub və bu gün o avtobuslarda müəyyən sürət həddindən yüksək idarəetmə mümkünsüzdür".

"Başqa bir fakt - Sabunçu qəsəbəsində Maykovski və Çernyayevski küçələrinin kəsişməsində 2 nömrəli avtobusun qəzaya uğraması ilə bağlı xəbərdir. Bu məlumat da elə təqdim edilmişdi ki, guya qəza "BakuBus" sürücüsünün təqsiri səbəbindən baş verib. Amma, əslində, "VAZ 2115" və "Mercedec VİTA" markalı avtomobillər toqquşub və onlardan biri dayanacaqda dayanan avtobusa çırpılıb, nəticədə avtobusa ziyan dəyib. Bu hər iki qəzada sərnişinlər arasında xəsarət faktı olmayıb" – deyə M.Ağayev bildirib.

Amma qurum rəsmisi nöqsanların da olduğunu etiraf edib: "Avtobusda halı pisləşən uşaqla bağlı məsələyə gəlincə, onun ailə isə əlaqə saxlanıldı, amma iddia etdikləri faktı araşdırmaq üçün bizə tutarlı faktlar təqdim etmədilər".

"Əksər xəbər saytları isə bu məlumatı ""BakuBus"da qorxulu anlar" adı ilə yayımladı. Bir sözlə, "BakuBus"la bağlı vəziyyət heç də təqdim edildiyi kimi deyil. Yenə də deyirəm, "BakuBus" sürücüsünün təqsiri səbəbindən qəzalar da olub, bunu danmırıq və danmaq da mümkün deyil. Təbii, hər belə bir hal bizi də ciddi narahat edir" - BNA təmsilçisi diqqətə çatdırıb.

"Bildiyiniz kimi "BakuBus" MMC Bakı Nəqliyyat Agentliyinin balansına keçməkdədir. Bizim əsas məqsədimiz vətəndaşlara müasir komfortlu avtobuslarla, peşəkar sürücü heyəti ilə təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsidir. Və bildirim ki, "BakuBus"-ın fəaliyyətinin bu istiqamətdə daha da təkmilləşdirilməsi təmin ediləcək" - deyə M.Ağayev əlavə edib.

Xəbər lenti
0