CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan gənclərindən ailələrlə bağlı orijinal fləşmob

© Sputnik / Shahperi Abbasova"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob
Klassik Azərbaycan ailə modelinin təbliği layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob - Sputnik Azərbaycan
Abunə olmaq
Bu fləşmob onu izləyən vətəndaşlar arasında böyük maraqla qarşılanıb

BAKI, 10 noyabr - Sputnik. Ölkə gəncləri ailələrin qorunması, boşanma mədəniyyətinin bərqərar olması və uşaqlara alimentin ödənməsi ilə bağlı şüarları əks etdirən orijinal fləşmob keçiriblər.

© Sputnik / Shahperi Abbasova"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob
Azərbaycan gənclərindən ailələrlə bağlı orijinal fləşmob - Sputnik Azərbaycan
"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob

Flaşmob "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində reallaşıb.

© Sputnik / Shahperi Abbasova"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob
Azərbaycan gənclərindən ailələrlə bağlı orijinal fləşmob - Sputnik Azərbaycan
"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob

Paytaxt və regionlardakı gənclər əhalinin sıx toplaşdığı küçə, meydan və xiyabanlarda üzərində “Ailəni qoru!”, “Ən gözəl ailə, bizim böyük ailəmizdir!”, “Ailəni sev və anlayış göstər!”, “Ailənə əl qaldırma!”, “Ailəni dağıtma, uşaqlarını yetim qoyma!”, “Alimenti vaxtında ödə, uşağın buna möhtacdır!”, “Uşaqların göz yaşı sənin eqondan qiymətlidir!”, “Ailələr dağılmasın, uşaqlar boynubükük qalmasın!” və digər şüarların yazıldığı plakatları tutaraq dolaşıblar.

© Sputnik / Shahperi Abbasova"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində Qaxda keçirilən fləşmob
Azərbaycan gənclərindən ailələrlə bağlı orijinal fləşmob - Sputnik Azərbaycan
"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində Qaxda keçirilən fləşmob

Bu fləşmob onu izləyən vətəndaşlar arasında böyük maraqla qarşılanıb.

Xəbər lenti
0