07:51 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezidentdən 60 min insanı sevindirəcək vacib qərar

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
CƏMİYYƏT
Qısa URL
427 0 0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayırdı

BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda altmış min nəfər əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən uzunluğu 72 kilometr olan Cəlilabad–Yardımlı avtomobil yolunun tikintisinin ötən illərdə ayrılmış vəsait hesabına başa çatdırılaraq istifadəyə verildiyi bildirilib.

Президент Азербайджана Ильхам Алиев
© Официальный сайт президента Азербайджана

Qeyd edilib ki, son illərdə hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar yolun ayrı-ayrı hissələrində sürüşmə və qabarma kimi deformasiyaların baş verməsi səbəbindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində çətinliklər yaranıb.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 4 988 000 (dörd milyon doqquz yüz səksən səkkiz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Əlaqədar

Nazirliyin əməkdaşları ilə bağlı sərəncam imzalandı
Prezident Mənzil İnşaatı Dövlət Agentliyi barədə sərəncam imzaladı
Prezident yol tikintisi ilə bağlı mühüm sərəncam imzaladı
Azərbaycanda yeni Milli Park yaradılır, sərəncam verildi
İlham Əliyev Basqalla bağlı mühüm sərəncam imzaladı
Teqlər:
yol tikintisi, Sərəncam, Prezident İlham Əliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Əsas mövzular