04:10 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Yeni sərnişin avtobusları

Bakıya gətirilən avtobuslar xəttə buraxıldı

© REPORT
CƏMİYYƏT
Qısa URL
155 0 0

Bu gün səhərdən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir

BAKI, 10 noyabr — Sputnik. Bir müddət əvvəl ölkəyə gətirilən yeni avtobuslar artıq fəaliyyətə başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O, qeyd edib ki, bu gün səhərdən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir: “Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib".

Qeyd edək ki, bir neçə gün öncə 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD" MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Əlaqədar

Məlum marşrutla işləyən avtobus yenə fərqləndi - FOTO
Bakıda növbəti avtobus qəzası: Ölən var
Avtobus terroru bu dəfə iki piyadanın ölümü ilə nəticələndi
Avtobus qəzaya uğradı, ölənlərin sayı dəqiqləşdirilir
Bakıda daha bir avtobus terroru, ölən var
Teqlər:
marşrut xətti, Mais Ağayev, Bakı Nəqliyyat Agentliyi, avtobus

Əsas mövzular