CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn il Azərbaycan əhalisinin gəlirləri 9 faiz artacaq - RƏSMİ

© Sputnik / Murad OrujovПрохожие на улице Низами в Баку
Прохожие на улице Низами в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Pensiyaçıların orta illik sayı 1 milyon 294 min təşkil edəcək

BAKI, 9 noyabr - Sputnik. “Əmək qabiliyyətli əhali bizim üçün əhəmiyyət kəsb edir, çünki əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı nə qədər çox olacaqsa, pensiya sisteminin maliyyə dayanıqlığı daha möhkəm olacaq. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır. Növbəti ildə məşğul əhalinin sayının 5 milyona çatacağı qeyd olunur”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, gələn il əhalinin gəlirləri 9 faiz artacaq, 54.4 milyard manata çatacaq: “Bu da müsbət göstəricidir. Pensiyaçıların orta illik sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur, pensiya yaşının artırılması buna təsir edib”.

“Pensiyaların orta aylıq məbləğində də artım olacaq. 240 manatın üzərində olacaq, 6,3 faiz artım nəzərdə tutulur. Yaşa görə pensiyalar isə 273 manat səviyyəsində olacaq” - deyə o bildirib.

Xəbər lenti
0