CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözəllik salonlarından oğurluq edən qadın saxlanılıb

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd olunan faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir

BAKI, 8 noyabr — Sputnik. Səbail rayonunda yerləşən gözəllik salonlarından birindən orada müştəri olan qadının çantasından 9000 manat naməlum şəraitdə oğurlanıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, zərərçəkən bu barədə Səbail Rayon Polis İdarsi 39-cu Polis Bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb və o, ifadəsində oğurluq etdiyini etiraf edib.

Saxlanılan şəxsin ərtafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub. Qeyd edək ki, G.Novruzova, əsasən, qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq orada digər şəxslərin şəxsi əşyalarını və pullarını qanunsuz olaraq ələ keçirib.

Qeyd olunan faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0