21:38 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Yeni sərnişin avtobusları

Bakıda xətlərə 50 yeni avtobus buraxılır – VİDEO

© REPORT
CƏMİYYƏT
Qısa URL
284 0 0

“Yeni avtobuslar yaxın günlərdə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətlərinin birində istismara veriləcək”

BAKI, 7 noyabr — Sputnik. Bu gün Bakı Nəqliyyat Agentliyi ölkəyə yeni gətirilmiş və ümumi dəyəri 5 mln. ABŞ dolları olan 50 sərnişin avtobusunun təqdimatını keçirib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, təqdimat mərasimində çıxış edən Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev avtobusların təmsil etdiyi qurumun tələblərinə cavab verdiyini vurğulayıb: “Bu avtobuslar sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından qoyulan tələblərə cavab verir. Fiziki imkanları məhdud, eləcə də uşaq arabası ilə olan şəxslərin avtobuslardan rahat istifadə etməsi üçün nəqliyyat vasitələri xüsusi mexanizmlə təchiz edilib. Avtobuslarda enerji ötürücüsu yerləşdirilib".

1 / 5
Yeni sərnişin avtobusları

Onun sözlərinə görə, yeni avtobuslar yaxın günlərdə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətlərinin birində istismara veriləcək: “Sərnişinlərin təhlükəsiz daşınması məqsədi ilə bu avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 60 km/saat müəyyən edilib" - o deyib.

M.Ağayevin sözlərinə görə, yaxın günlərdə 8 avtobusun Azərbaycan paytaxtına gətirilməsi gözlənilir.

Əlaqədar

Məlum marşrutla işləyən avtobus yenə fərqləndi - FOTO
Bakıda növbəti avtobus qəzası: Ölən var
Bakıda daha bir avtobus terroru, ölən var
Avtobus terroru bu dəfə iki piyadanın ölümü ilə nəticələndi
Avtobus qəzaya uğradı, ölənlərin sayı dəqiqləşdirilir
Teqlər:
Mais Ağayev, Bakı Nəqliyyat Agentliyi, avtobus

Əsas mövzular