10:26 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Şəhidlərin varisləri üçün ayrılan birdəfəlik vərəsəlik pulunun ödənilməməsi iddiasına cavab olaraq konfrans keçirilib

Şəhid varislərinə vərəsəlik pulunun ödənilməməsi iddiasına aydınlıq gətirildi

© Sputnik / Nigar Maharramova
CƏMİYYƏT
Qısa URL
106 0 0

Nazir müavini qeyd edib ki, şəhid olmuş 146 hərbi qulluqçu ilə bağlı birdəfəlik vəsaitin ödənilməsinə görə qərar verilib

BAKI, 7 noyabr — Sputnik. Son günlər şəhidlərin varisləri üçün ayrılan birdəfəlik vərəsəlik pulunun ödənilməməsi iddiasına cavab olaraq bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində konfrans keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev çıxışında bir çox vərəsələrlə bağlı yanlış müraciətlərin daxil olduğunu bildirib: “Son zamanlar müxtəlif media orqanlarında şəhid ailələrinin birdəfəlik ödəniş almaqla bağlı etirazlarını eşidirik. Onların varisləri adlarının birdəfəlik ödənişlə bağlı tərtib olunan siyahıda olmadığını iddia edirdilər. Lakin həmin şəxslərlə görüşdə də bəlli olub ki, əslində onlar səhvə yol veriblər”.

“Bu cür şikayətçilərin 80 faizinin adının, əslində siyahıda olduğunu aşkarladıq. Artıq birdəfəlik ödəniş alacaq şəhidlərin vərəsələrinin siyahısını müəyyən etmişik. Bu işdə Ədliyyə Nazirliyi ilə birgə iş görmüşük” – deyə İ.İsayev əlavə edib. 

Şəhidlərin varisləri üçün ayrılan birdəfəlik vərəsəlik pulunun ödənilməməsi iddiasına cavab olaraq konfrans keçirilib
© Sputnik / Nigar Maharramova
Şəhidlərin varisləri üçün ayrılan birdəfəlik vərəsəlik pulunun ödənilməməsi iddiasına cavab olaraq konfrans keçirilib

Nazir müavini qeyd edib ki, şəhid olmuş 146 hərbi qulluqçu ilə bağlı birdəfəlik vəsaitin ödənilməsinə görə qərar verilib. Bu ilin sonunadək adı siyahıda olan şəxslərin varislərinin bir hissəsi, növbəti ilin sonunadək isə qalan hissəsinin vəsaiti ödəniləcək. Artıq bu məsələ ilə bağlı gələn ilin büdcəsində də vəsait ayrılıb.

İ.İsayev birdəfəlik müavinətlə bağlı 200-dən artıq şikayətin daxil olduğunu deyib: “90-cı illərdə birdəfəlik vərəsəlik haqqı alan şəhid varisləri tərəfindən də yenidən şikayət daxil olub. Onlar o zamanlar ayrılan vəsaitin indiki ilə müqayisədə az olduğunu əsas gətirərək, artırılmış vəsaitin onlara da şamil edilməsini istəyirlər. Bu cür və müxtəlif müraciətlər daxil olub”.

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov isə çıxışında təkrar müraciətlər haqda danışıb: “Artıq həmin şəxslərin də siyahısını hazırlamışıq. Bir qrup varis bu pulu almadıqlarını iddia ediblər. Tərəfimizdən həmin şikayətlər araşdırılıb. Bəlli olub ki, həmin şəxslər birdəfəlik müavinəti alıblar”. 

Qeyd edək ki, hazırda şəhid vərəsələri üçün birdəfəlik müavinətin məbləği 11 min manatdır.

Əlaqədar

Şəhid hərbçilərin vərəsələri üçün müjdə
Şəhid ailələrinin gözlədiyi xəbər gəldi: Prezidentin göstərişi yerinə yetiriləcək
Şəhid ailələrinin əsas problemi müzakirəyə çıxarıldı
Şəhid polislərimizə qarşı ədalətsizlik
Şəhid ailələri hüquqlarından yararlanmağa başlayıb
Teqlər:
şəhid, pul, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əsas mövzular