12:00 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Samir Şərifov

Hökumət dövlət hesabına ali təhsil alanların sayını artırmaq istəyir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
98 0 0

Maliyyə naziri: "Dövlət hesabına ali təhsil alanların sayını artırmaq üçün əlavə vəsait ayrılacaq"

BAKI, 6 noyabr — Sputnik. "Etiraf etməliyik ki, bizdə dövlət hesabına ali təhsil alan gənclərin xüsusi çəkisi azalıb. Bu azalmanın qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, digər məsələ təhsil kreditləri ilə bağlıdır: "Artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Məncə, təhsil krediti alanların onu qaytaracağı böyük bir sualdır. Bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin deməzdim ki, onlar bu problemi kütləvi həll edəcək".

Əlaqədar

Azərbaycanda təhsil xərcləri artırılır
Prezident tanınmış təhsil ocağı barədə qərara imza atdı
Bəs sizdə bufet haradadır? - Təhsil arxasınca qaçarkən məktəbliləri yedizdirməyi unutdular
Təhsil Nazirliyi xaricdə oxumaq istəyən tələbələrə xəbərdarlıq etdi
Azərbaycanın keçmiş təhsil nazirinin qızı təhsil kompleksi yaratdı
Rusiyalı səfir Azərbaycanla təhsil əlaqələrinin önəmindən danışır

Əsas mövzular