15:30 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Parlamentdə boş yerlər

Sosial sığorta sistemində yeniliklər gözlənilir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
168 0 0

Hadi Rəcəbli: "Gələn ilin büdcəsində əhalinin rifahını artıracaq çox maraqlı məsələlər ortaya qoyulub"

BAKI, 6 noyabr - Sputnik. Noyabrın 6-da Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclası açan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son 10 ildə Azərbaycanda sosial məsələlərə ayrılan vəsaitin həcminin intensiv olaraq artdığını deyib: "Büdcənin son məqsədi əhalinin rifahının yaxşılaşmasına yönəlib. Gələn ilin dövlət büdcəsində yenə də sosial sahəyə ayrılan vəsaitlərin həcmi artıb, əhalinin rifahını artıracaq çox maraqlı məsələlər ortaya qoyulub".

"Sosial müdafiə sistemində yeni institut formalaşıb və bu da DOST xidmətinin yaranmasıdır. Bu da vəsaitlərdən səmərli istifadəyə və s. xidmət edəcək" - Rəcəbli bildirib.

Komitə sədri qey edib ki, sosial sığorta sistemində yeniliklər gözlənilir: "Vergi islahatları artıq müəyyənləşib. Bu, son nəticədə əhalinin məşğulluğunun təmin edilməsinə, qeyri-leqal məşğulluğun leqallaşmasına xidmət edəcək".

"Gələn il sosial məqsədlər üçün 8 milyard manatdan çox vəsait ayrılıb. Bu da 2019-cu il üçün dövlət büdcəsinin 33,4 faizini təşkil edir" - deyə komitə sədri diqqətə çatdırıb.

Əlaqədar

Növbəti ildən etibarən dövlət büdcələri yeni qaydada hazırlanacaq
Gələn ilki büdcə zərfinin müzakirəsinə başlanılıb
Teqlər:
komitə, Hadi Rəcəbli, büdcə

Əsas mövzular