00:31 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Sahil Babayev

Nazir pensiyaçılara xoş xəbər açıqladı

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
1119 0 0

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır

BAKI, 5 noyabr — Sputnik. "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır. Bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Nazir bildirib ki, 2019-cu ildə əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq: "Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat, yaşa görə əmək pensiyanın orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin ana məqsədidir".

Onun sözlərinə görə, gələn il pensiya alanlar təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alan 571 min nəfər olaraq proqnozlaşdırılır.

Əlaqədar

Azərbaycanda 1.2 milyon insana xəbərdarlıq: Pensiya ala bilməyəcəksiniz
Nazir saxta yolla pensiya alanlarla bağlı ciddi tədbir görüb
Nazir: "Pensiya təyinatında qanunsuzluqlar aşkarlanıb"
Əlavə mənbədən və daha çox pensiya ala bilərik, əgər dövlət zəmanət verərsə
Pensiya təyinatı sisteminin tam elektronlaşdırılması nə vəd edir?
Teqlər:
artım, nazir, Sahil Babayev, pensiya

Əsas mövzular