01:46 13 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
114 0 0

Atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik Qala qəsəbəsindəki subasma sahəsində də müşahidə olunur

BAKI, 2 nioyabr - Sputnik. Bakıda bir sıra subasma sahələrində gərginlik müşahidə olunur.

Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov Binəqədi rayonu, Binəqədi 1-ci mədən yaşayış sahəsində, həmçinin Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, Sabunçu rayonu, Maştağa-Zabrat subasma sahəsi, "Daş karxanası" yaşayış massivi, “Şuşa” şəhərciyi, Zabrat-Məhəmmədi və "Savalan" subasma sahələrində də eyni səbəbdən subasma prosesinin dinamikasında stabil gərginlik qeydə alınır.

Ə.Qaralov bildirib ki, atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik Qala qəsəbəsindəki subasma sahəsində də müşahidə olunur.

Əlaqədar

"Azərsu"dan yağış suları ilə bağlı acizlik etirafı
Yağış rayon sakinlərinə aman verməyəcək
Yağış və duman yaxınlaşır
Yağış Badamdarda torpaq axınına səbəb oldu
Teqlər:
təhlükə, subasma, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov

Əsas mövzular