15:28 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Müqavilə imzalayan adam, arxiv şəkli

Milli Strategiya təsdiq edildi

CC0 / epicioci / sign
CƏMİYYƏT
Qısa URL
30 0 0

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb

BAKI, 1 noyabr — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu sərəncamla təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan İqtisadiyyat Nazirliyi müəyyən edilir.

İqtisadiyyat Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Prezidentinə məlumat verəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Əlaqədar

Azərbaycanda yeni Milli Park yaradılır, sərəncam verildi
Prezident yol tikintisi ilə bağlı mühüm sərəncam imzaladı
Hamı eyniləşəcək: Qəbiristanlılarla bağlı sərəncam veriləcək
Nazirliyin əməkdaşları ilə bağlı sərəncam imzalandı
Teqlər:
Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, tullantı, Prezident İlham Əliyev, sərəncam

Əsas mövzular