09:52 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Bakı sakinləri, arxiv şəkli

Paytaxt sakinlərinin sevimli məkanı yenidən fəaliyyətə başladı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
72 0 0

Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib

BAKI, 1 noyabr — Sputnik. Bir müddət idi ki, profilaktika işləri ilə əlaqədar işləməyən paytaxtımızın rəmzlərindən birinə çevrilmiş Bakı Funikulyoru bu gündən yenidən fəaliyyətə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Keçən müddət ərzində Funikulyorun stansiyaları və vaqonlarda cari profilaktika işləri görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılıb, funikulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib. Texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib. İşçilər yeni geyimlərlə təmin olunublar. Bakı Lift-Təmir İstehsalat Birliyi tərəfindən burada aparılan işlər başa çatdirilib və Funikulyorun fəaliyyətinə start verilib.

Funikulyor
© BŞİH mətbuat xidməti
Funikulyor

Bakı Funikulyorunun rəisi Tofiq İsmayılov bildirib ki, şəhərimizdə funikulyor 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Leninqrad, avadanlıqlar isə Xarkov şəhərində hazırlanaraq paytaxtımıza gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 3,0 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib.

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən 2012-ci ildə Bakı Funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb və 2012-ci il mayın 23-də açılışı keçirilib.

Əlaqədar

Heydər Əliyev Mərkəzi - Bakının ən görməli məkanı
Azərbaycanın da daxil olduğu məkanda terror təhlükəsi: Minlərlə insan axtarışa verilib
Üç ölkə başçısının görüşəcəyi məkan bilindi
I Pyotrun, Leninin portretləri, saz, patefon... – Turistlərin sehrləndiyi məkan

Əsas mövzular