CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizkənarı Bulvar idarəsinə təyinat

© Facebook / Gunay YelmarqiziJurnalist Günay Yelmarqızı
Jurnalist Günay Yelmarqızı  - Sputnik Azərbaycan
Abunə olmaq
Günay Yelmarqızı bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb

BAKI, 1 noyabr — Sputnik. Tanınmış teleaparıcı, CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Bu barədə Sputnik Azərbaycan-a Günay Yelmarqızı özü məlumat verib.

Qeyd edək ki, o, 1999-cu ildən mətbuatda çalışır. Əmək fəaliyyətinə "525-ci qəzet"də başlayıb. 2002-ci ildən televiziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrdə işləyib. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb.

Xəbər lenti
0