CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda hava yenidən dəyişəcək

© Sputnik / Murad OrujovОблачная погода в Баку
Облачная погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək

BAKI, 31 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 31-i axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Axşam saatlarında Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-17, dağlarda 6-8 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0