22:20 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib

Silahlı Qüvvələrimizdə "papiros çəkmə" sözü yığışdırıldı

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
595 0 0

Dövlət başçısı mühüm dəyişiklik qərarına imza atıb

BAKI, 31 oktyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1265-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1265-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Qeyd edək ki, "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014, № 2, maddə 86; 2016, № 1, maddə 6; 2017, № 3, maddə 327; 2018, № 1, maddə 8) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 132-ci maddənin birinci hissəsinin səkkizinci abzasında, 161-ci maddənin birinci hissəsinin dördüncü abzasında "papirosçəkmə" sözü "tütün çəkmə" sözləri ilə əvəz edilsin.

2. 172-ci maddənin birinci hissəsində, 182-ci maddənin ikinci hissəsinin ikinci abzasında, 187-ci maddənin ikinci hissəsinin dördüncü abzasında, 188-ci maddənin birinci hissəsində, 255-ci maddənin ikinci hissəsində, 288-ci maddənin dördüncü hissəsinin beşinci abzasında "papiros" sözü "tütün" sözü ilə əvəz edilsin.

3. 230-cu maddənin dördüncü cümləsində "Papiros" sözü "Tütün" sözü ilə əvəz edilsin.

4. Həmin nizamnamənin "Hauptvaxt haqqında" 4 saylı əlavəsinin 27-ci maddəsinin üçüncü abzasında, 33-cü maddəsinin birinci hissəsində "papiros" sözü "tütün" sözü ilə, 31-ci maddəsinin üçüncü hissəsində "Papiros" sözü "Tütün" sözü ilə əvəz edilsin.

5. Həmin nizamnamənin "Qarovul otağının avadanlığı" 11 saylı əlavəsinin 1-ci maddəsinin ikinci hissəsində "papirosçəkmə" sözü "tütün çəkmə" sözləri ilə, 7-ci maddəsində "Papirosçəkmə" sözü "Tütün çəkmə" sözləri ilə əvəz edilsin".

Əlaqədar

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlham Əliyevin qəbulunda
Azərbaycan Silahlı Qüvvələri - 100
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Ermənistan Silahlı Qüvvələrinin Zəngilanı işğal etməsindən 25 il ötür
Teqlər:
sərəncam, qanun, papiros, tütün, Silahlı Qüvvələr

Əsas mövzular