Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda tanınmış şəxs həbs edildi

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalından həbs edilib

BAKI, 30 oktyabr — Sputnik. İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

© Instagram / tarana_samedovaa_officialProdüser Təranə Səmədova
Azərbaycanda tanınmış şəxs həbs edildi - Sputnik Azərbaycan
Prodüser Təranə Səmədova

Hökmə əsasən T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti
0