CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirə iki müavin təyin edildi

© AFP 2023 / GREG BAKERPortfel, arxiv şəkli
Portfel, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vüsal Nəsirli və Anar Əliyev vəzifəyə gəldi, Natiq Məmmədov vəzifədən getdi

BAKI, 30 oktyabr — Sputnik. Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

© Photo : DSMF mətbuat xidmətiAzərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Nazirə iki müavin təyin edildi - Sputnik Azərbaycan
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.

Xəbər lenti
0