09:42 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
81 0 0

DGK Azərbaycandan Rusiyaya gedən yük maşınlarının saxlanılmasına münasibət bildirib

BAKI, 29 oktyabr — Sputnik. Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya gedən yük nəqliyyat vasitələrinin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılması barədə məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur və gömrük-sərhəd buraxılış məntəqəsi gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

DGK rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycandan gedən avtomobillərin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılmasının səbəblərinin araşdırılması məqsədilə danışıqlar aparır və məsələnin müsbət həlli istiqamətində bütün zəruri addımlar atılır.

Əsas mövzular