CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrə xoş xəbər – Təqaüdlər artırılacaq

© pixabay / vlovelandАкадемическая шапочка
Академическая шапочка - Sputnik Azərbaycan
Abunə olmaq
Gələn il tələbə təqaüdlərinin ödənilməsinə ümumilikdə 189,5 milyon manat vəsait ayrılacaq

BAKI, 26 oktyabr — Sputnik. Gələn il Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu, ölkənin 2019-cu il üzrə dövlət büdcəsi zərfində əksini tapıb.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı bu gün həmin təhsil ocağında tədbir keçirilir - Sputnik Azərbaycan
ELM
"Tələbələr pulsuz geyim, yemək və yataqxana ilə təmin olunacaqlar"

Sənəddə qeyd olunub ki, 2019-cu ildə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği artırılacaq. Gələn il tələbə təqaüdlərinin ödənilməsinə ümumilikdə 189,5 milyon manat vəsait ayrılacaq.

Eyni zamanda, dövlət büdcəsində Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 2274,6 milyon manat vəsait ayrılıb ki, bu da 2018-ci ilə nisbətən 230,6 milyon manat çoxdur.

Xəbər lenti
0