03:29 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Kerval çeşidləmə mərkəzində çeşidlənmiş plastik tullantılar. Plufraqan bələdiyyəsi, Fransa. 21 avqust 2018-ci il

Azərbaycanda plastik qablar qadağan edilə bilər

© AFP 2018 / LOIC VENANCE
CƏMİYYƏT
Qısa URL
140 0 0

Umayra Tağıyeva: “Bu tədbirlər bütün tərəflərin maraqları nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcək”

BAKI, 26 oktyabr — Sputnik. "Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik məhsullardan istifadənin qadağan olunması ilə bağlı kompleks tədbirlər planı hazırlayır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, dünən Avropa Parlamenti tərəfindən plastik qablaşdırma məhsullarının qadağan olunması ilə bağlı qərar qəbul olunub: "Qərara görə plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır. Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, Nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanır. Bu məqsədlə prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilməsi planlaşdırılır. Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin maraqları nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcək".

U.Tağıyeva qeyd edib ki, toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində, ümumilikdə, 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 100-dək konteyner yerləşdirilib: "Yerləşdirilən konteynerlərdən 32 ədədi ETSN, 50 ədədi rayon icra hakimiyyətləri, 12 ədədi yerli sahibkarlar, 2 ədədi isə AzEkol tərəfindən hazırlanıb. Lakin ölkədə ekoloji problemlər tək plastik tullantılarla bağlı deyil, eyni zamanda həm məişətdə, həm tikintidə, həm də karxanaların fəaliyyəti zamanı əmələ gələn və düzgün idarə olunmayan tullantılarla bağlıdır".

Əlaqədar

Plastik qablar ölümə aparır
Dünya plastik qablardan imtina edir, Azərbaycan isə bunda problem görmür
Dünyada ilk plastik pəncərə Azərbaycanda olub: sübut
Plastik qablar qadağan ediləcək
Teqlər:
Umayra Tağıyeva, qadağan, Ekologiya və Təbii Sərvətlər Nazirlyi, plastik qablar

Əsas mövzular