00:29 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Ərəb ölkələrinin media mənsubları Cocuq Mərcanlıda olub

Ərəblər Cocuq Mərcanlıda olublar

© Sputnik / Musa Muradlı
CƏMİYYƏT
Qısa URL
23 0 0

Qonaqlara ölkəmizin cəlb olunduğu müharibə və Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti barədə məlumat verilib

 

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. Ölkəmizdə səfərdə olan İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyəti bu gün Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı yaşayış məntəqəsində olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, əksəriyyəti ərəb jurnalistləri olan media mənsublarını Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müşayiət ediblər.

Qonaqlara ölkəmizin cəlb olunduğu müharibə və Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti barədə məlumat verilib.

Jurnalistlər əvvəlcə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində olublar. Kənd haqqında ətraflı məlumat alan xarici media nümayəndələrinə bildirilib ki, Qarabağ müharibəsi dövründə bir neçə ay işğalda qalan Cocuq Mərcanlı 1994-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. 2016-cı ildə aprel döyüşləri zamanı Lələ Təpə yüksəkliyinin işğaldan azad edilməsi ilə kənd təhlükədən qurtulub. Bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlı yenidən bərpa edilib. 150 ev tikilib, məcburi köçkün həyatı yaşayan ailələr öz doğma kəndlərinə köçürülüb.

Ərəb ölkələrinin media mənsubları Cocuq Mərcanlıda olub
© Sputnik / Musa Muradlı
Ərəb ölkələrinin media mənsubları Cocuq Mərcanlıda olub

Onu da qeyd edək ki, ərəb jurnalistlər Cocuq Mərcanlıda inşa olunan məscidlə də tanış olublar.

Ərəb jurnalistlər Cocuq-Mərcanlıda işğaldan sonra aparılan abadlıq quruculuq işlərini bəyəniblər. Azərbaycan torpaqlarının erməni işğalından tezliklə azad olunacağına və yenidən ölkəmizə xalqımızın sevincini görmək məqsədilə gəlmək ümidində olduqlarını bildiriblər.

Cocuq-Mərcanlı ilə tanışlıqdan sonra ərəb jurnalistlər Lələtəpə yüksəkliyinə və ətrafdakı mövqelərə baş çəkiblər.

Teqlər:
Səfər, jurnalist, ərəblər, Cocuq Mərcanlı

Əsas mövzular