CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 10 aylıq uşağın ürəyi dayandırıldı

© © ATU-nun mətbuat xidmətiATU həkimləri uşağın ürəyini dayandırıb ürək qüsurunu uğurla əməliyyat etdilər
ATU həkimləri uşağın ürəyini dayandırıb ürək qüsurunu uğurla əməliyyat etdilər - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat Daun sindromlu 7 kq çəkisi olan 10 aylıq körpə üzərində aparılıb

BAKI, 22 oktyabr — Sputnik. ATU həkimləri uşağın ürəyini dayandırıb, ürək qüsurunu uğurla əməliyyat ediblər.

Sputnik Azərbaycan Tibbi Universitetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat olunub. Əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 7 kiloqram çəkisi olan 10 aylıq körpə üzərində aparılıb.

Reanimasiya, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda 2 yaşlı körpə əməliyyat masasında öldü

Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının Uşaq Ürək Cərrahı Ramal Həsənov bildirib ki, bu qüsur hələ uşaq ana bətnində ikən ürək çəpərinin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması səbəbindən yaranıb: "Uşaq doğulduqdan sonra Pediatrik kardioloqumuz dr.Elşən Rzayevin nəzarəti altında olub. Uşaq medikamentoz müalicə ilə 10 aya qədər təqibimizdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngənəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat etməyə qərarı verdik".

2 saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və Aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək —ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb: "Uşağın bədən temperaturunu 32 dərəcəyədək soyudub, ürəyi dayandırdıq. Ürəyin sağ qulaqcığında kiçik bir kəsik edərək hər 3 defekti buradan bioloji material vasitəsilə bərpa etdikdən sonra ürəyi yenidən çalışdırmağa başladıq. Uşağı süni ürək-ağciyər aparatından ayırdıq və əməliyyatı başa çatdırdıq. Reanimasiyada 1 gecəlik təqibdən sonra 3 gün palata şəraitində izlədik. 4-cü postoperativ gün evə buraxdıq".

© © ATU-nun mətbuat xidmətiATU həkimləri uşağın ürəyini dayandırıb ürək qüsurunu uğurla əməliyyat etdilər
ATU həkimləri uşağın ürəyini dayandırıb ürək qüsurunu uğurla əməliyyat etdilər - Sputnik Azərbaycan
ATU həkimləri uşağın ürəyini dayandırıb ürək qüsurunu uğurla əməliyyat etdilər

Qeyd edək ki, həkimlər ürək qüsurlarından xəbər verən bəzi əlamətlərə — göyərmə, təngənəfəslik, yeni doğulmuşlarda qidalanma çətinliyi, çəki ala bilməmək kimi əlamətlərə sahib olan uşaqlara ciddi yanaşmağı və pediatrik kardioloji müayinədən keçirməyi məsləhət görür. Bəzi ürək qüsurları simptomsuz keçsə də, bir müddət sonra ürək çatışmazlığı əlamətləri ilə qarşımıza çıxır.

Xəbər lenti
0