05:11 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Avtomobil, arxiv şəkli

Avtomobillərə vurulan texniki baxış talonu ilə bağlı yeni qayda müəyyənləşdirildi

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
149 0 0

Nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir

BAKI, 22 oktyabr — Sputnik. Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Sputnik Azərbaycan Nazirlər Kabinetinin rəsmi saytına istinadla xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov qərar verib.

Bakıda polis avtomobilləri, arxiv şəkli
© Sputnik / Murad Orujov

Məlumata görə, Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı barədə talon elektron qaydada veriləcək.

Əsasnaməyə əsasən, nəqliyyat vasitələrində nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.

Nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir.

Yeniliyə əsasən, bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN ödəniş" sisteminə göndərir. "ASAN ödəniş" sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.

Əlaqədar

Paytaxtda avtomobil duracaqları və qarajları ilə bağlı yeni qərar verilib
Gəzməyə çıxmışdılar, evə meyitləri gəldi – Avtomobil nənə və nəvəni öldürdü
Paytaxtda daha bir ağır yol qəzası baş verib, avtomobil alışıb
Bu avtomobil tıxacın qənimi olacaq
Azərbaycanda avtomobil qazı niyə bahalaşıb?
Sabirabadda avtomobil 20 yaşlı gənci vurub öldürdü
Teqlər:
talon, texniki baxış, qayda, Nazirlər Kabineti

Əsas mövzular