CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardaranda yenə silah tapıldı

© pixabay / jasongillmanДым из двуствольного охотничьего ружья
Дым из двуствольного охотничьего ружья - Sputnik Azərbaycan
Abunə olmaq
Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Əlirzalı kənd sakini Sədrəddin Salahovdan müvafiq sənədləri olmayan "İJ-17" markalı ov tüfəngi götürülüb

BAKI, 22 oktyabr — Sputnik. Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rafiq Səmədov müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə, Salyan rayonunun Noxudlu kənd sakini Müzəffər Feyzullayev isə müvafiq sənədləri olmayan "İJ-18 E" markalı ov tüfəngini RPŞ-yə təhvil verib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Əlirzalı kənd sakini Sədrəddin Salahovdan müvafiq sənədləri olmayan "İJ-17" markalı ov tüfəngi götürülüb.

Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Əmircan qəsəbəsi ərazisində selofan torbanın içərisində nömrəsi silinmiş "Makarov" markalı tapança, 2 ədəd patron darağı və 5 ədəd patron tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Xəbər lenti
0