CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda sabiq nazir vəfat edib

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
S.Abdullayev Mənzil-Kommunal Təsərrüfatı naziri postunu 1992-1999-cu illərdə tutub

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycanın sabiq naziri Sucəddin Mustafa oğlu Abdullayev uzun sürən xəstəlikdən sonra, ötən gün axşam saatlarında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın sabiq Maliyə naziri Fikrət Yusifov sosial şəbəkədə məlumat verib. 

"Bu gün 21 oktyabr 2018-ci il tarixdə əziz bir insanı — Sucəddin Abdullayevi itirdik. Sucəddin Abdullayev 1992-1995 ci illərdə Azərbaycan Respublikasının Mənzil-Kommunal Təssərrufatı naziri, bu nazirlik komitəyə çevrildikdən sonra isə 1995-1999 cu ilərdə Mənzil-Kommunal Təssərrufatı Komitəsinin sədri vəzifəsində çalışıb. O, dostluq simvolu idi. Dostlarının uğuruna uşaq kimi sevinməyi bacaran, tanımadığı insanlara ürəkdən kömək əli uzadan bir insan bizləri tərk etdi bu gün. Onun xatirəsi dostlarının və yaxınlarının qəlbində daim yaşayacaq. Allah Sənə rəhmət eləsin əziz dost, qəbrin nurla dolsun" — deyə sabiq nazir yazıb. 

© Photo : A24Sucəddin Abdullayev
Sucəddin Abdullayev - Sputnik Azərbaycan
Sucəddin Abdullayev

Qeyd edək ki, S.Abdullayev 1949-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində doğulub. O, Milli Azadlıq Hərəkatında xüsusi yeri olan, 1990-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin təşkilat komitəsinə rəhbərlik etmiş, 1991-ci ildə müəmmalı sui-qəsd nəticəsində həyatını itirmiş Arif Abdullayevin qardaşıdır.

Xəbər lenti
0