04:40 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Bakının Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına yeni nişanlanma xətti – sarı tor çəkilib

Hətta piyadalar da ona "ilişməkdən" çəkinirlər — Bakı sakinləri yolayrıcında

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
7809 0 0

Və ya avtomobillər sarı tora düşməmək üçün stop xətdə gözləyirsə, piyadalar işıqforun yol üçün yaşıl işıq olan xəttində keçə bilərlərmi?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Sosial şəbəkələrdə paytaxtın S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına çəkilmiş yeni nişanlanma xətti – sarı tor barədə müzakirələr davam edir.

Qeyd edək ki, sarı tor "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağın qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin.

Bakının Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına yeni nişanlanma xətti – sarı tor çəkilib
© Sputnik / Irade CELIL
Bakının Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına yeni nişanlanma xətti – sarı tor çəkilib

Amma bunu bütün sürücülər başa düşürmü? Sputnik Azərbaycan-ın əməkdaşı bu məsələyə aydınlıq gətirmək məqsədilə, yol-nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə ərazidə müşahidələr aparıb.

Müşahidə zaman müəyyən edirik ki, heç də bütün sürücülər sarı torun mahiyyətini anlamırlar. Bəzi sürücülər tora çatmamış maşını saxlayır, bəziləri çəkiliş kamerasını gördükləri üçün özlərini itirərək, torun üzərində saxlayır, bəziləri isə, ümumiyyətlə, işıqforun işığına fikir vermədən sürüb gedirlər.

Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edir ki, "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini, yəni yolayrıcını keçmənin bu xüsusi qaydasını pozmağa görə sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi üzrə (60 manat və 3 bal) cərimələnə bilərlər. Sarı tor isə hələ ki, qanunla qəbul edilməyib, amma bununla bağlı bütün təfərrüatları əks etdirən dəyişik layihəsi müzakirəyə təqdim edilib.

Ekspertin sözlərinə görə, sürücülər sarı tor çəkilən ərazidə diqqətli olmalı, "stop" xəttinə və piyada keçidinə xüsusi həssaslıqla yanaşmalıdırlar. Muradlı bildirir ki, S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində çəkilmiş 1.14.3 yol nişanlanması (hərəkətin işıqforla nizamlandığı piyada keçidi) barədə piyadalar xəbərsizdirlər: "Əgər fikir verirsinizsə, buna görə də piyadalar qırıq xətti görsələr də, başdan-başa xətlənmiş keçid axtarırlar. Əslində isə işıqforla nizamlanan piyada keçidləri belə çəkilməlidir".

Mütəxəssis, həmçinin qeyd edir ki, sarı tor çəkilən ərazidə yolun bir tərəfi 4 zolaqlı olsa da, sarı zolağı keçdikdən sonra yol 2 zolaqlı olur və bu da sürücülərdə çaşqınlıq yaradır: "Yaxşı olardı ki, sarı tordan sonrakı iki zolaqlı yol 3 zolaqlı edilsin. Bu zaman 4 zolaqlı yoldan bir tərəf sağa ayrılır, digər 3 zolaq isə rahat şəkildə yoluna davam edə bilər. Eyni zamanda, sarı tor üzərində qırıq xətlər çəkilməlidir. Çünki sarı tor ərazisi kifayət qədər genişdir. Sürücülər həmin yolda sıxlıq yaradır, qarşı yola keçənə qədər ərazidə tıxac yarana bilər".

Yeni nişanlamanın mahiyyətini, təəssüf ki, hələ bütün sürücülər başa düşmür
© Sputnik / Irade CELIL
Yeni nişanlamanın mahiyyətini, təəssüf ki, hələ bütün sürücülər başa düşmür

Ərazidən keçən vətəndaşların da sarı torla bağlı fikirlərini öyrənməyə çalışırıq. Bakı sakini Nigar Bədəlova bildirir ki, ərazidə qırıq-qırıq piyada xəttinin çəkilməsi sürücüləri də, elə piyadaların özlərini də çaşdırır: "Bayaqdan baxıram ki, haradan keçməliyəm. Sonra gördüm ki, hamı bur qırıq xəttin içi ilə hərəkət edir, mən də keçdim. Yaxşı olardı ki, bu barədə sürücülərə də məlumat verilsin".

N.Bədəlova ekspertə sual da ünvanlayır: "Maraqlıdır, əgər qarşıda yaşıl işıq yanırsa, avtomobil yolu dolubsa, digər yolda olan avtomobillər sarı tora düşməmək üçün stop xətdə gözləyirsə, piyadalar işıqforun yol üçün yaşıl işıq olan xəttində keçə bilərlərmi?"

E.Muradlı cavabında bildirir ki, piyada yolun açılmayacağına zəmanət verə bilmədiyi üçün qırmızı işığın yanmasını gözləməli və ancaq bundan sonra piyada keçidindən keçməlidir.

S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsindən istifadə edən sürücü Cavid Abbasov əməkdaşımızla söhbətində deyir ki, sarı tor çəkiləndən sonra yolda nizam yaranıb: "Əvvəl bu yol dolu olurdu. İndi hamı sarı tordan çəkinir. Heç kim tora düşmək istəmir. Hamı gözləyir. Bu səbəbdən də ərazidə daha əvvəlki kimi tıxac yaranmır".

Əlaqədar

Ölkə gündəmini zəbt edən sarı tor nədir və nəyə xidmət edir - İZAH
Sürücülərə daha 10 gün möhlət verildi
Yasamalda saxlanılan sürücüyə 20 gün həbs verildi
Bakıda sərxoş biznesmen oğlu ilə "ayıq sürücü" arasında şok qalmaqal
Teqlər:
sarı tor, Abbasqulu ağa Bakıxanov, Elməddin Muradlı, yol hərəkəti, piyada, Səməd Vurğun, tıxac, qanun, küçə, sürücü, avtomobil

Əsas mövzular