23:54 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
“Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı

Nazir: "Hazırda ölkəmizdə hər 100 qadına 114 kişi düşür"

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
53 0 0

Sahil Babayev: "Cins nisbətinin tarazlığının qorumasında təbliğat işinin böyük önəmi var"

BAKI, 19 oktyabr — Sputnik. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı" layihəsinin təqdimatı olub. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq, bu gün ölkəmizdə demoqrafik sabitliyin hökm sürdüyünü bildirib: "Demoqrafiyanın digər vacib tərəfi əhalinin cins nisbətidir. Bildiyiniz kimi müəyyən səbəblərdən cins nisbəti fərqləri yaranmışdı. Əgər bir müddət əvvəl 100 qadına —118 kişi düşürdüsə, görülən işlər nəticəsində bu nisbət dəyişib və indi 100 qadına 114 kişi düşür".

"Cins nisbətinin tarazlığının qorumasında təbliğat işinin böyük önəmi var. Bu nöqteyi-nəzərdən maarifləndirmə işləri davam etdirilir. Bu istiqamətdə görülən işlər öz bəhrəsini verir. Hesab edirəm ki, arzuolunan nəticəni əldə edəcəyik" — Babayev deyib.

  • “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı

1 / 6
© Sputnik / Irade CELIL
“Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı

Nazir qeyd edib ki, Azərbaycan əhalisinin ömür müddəti də uzanıb: "Belə ki, qadınları ömrü 78, kişilərin ömrü isə 73 il olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində respublikada davam edən inkişaf dinamikası, eyni zamanda ölkədə müsbət demoqrafik vəziyyətin, o cümlədən əhalinin sabit artım tempinin mövcud olması ilə tamamlanır".

O, əlavə edib ki, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində aparılan siyasət BMT-nin "Əhali və İnkişaf" üzrə Fəaliyyət Proqramının prinsiplərinə uyğun şəkildə və BMT Əhali Fondu ilə səmərəli əməkdaşlıq müstəvisində həyata keçirilir. Ötən dövrdə ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı həyata keçirilib və növbəti uzunmüddətli dövr üzrə yeni Dövlət Proqramı layihəsi də hazırlanıb.

S.Babayev Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində də BMT-nin "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt"ına, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına, habelə Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyalarına, mütərəqqi beynəlxalq yanaşmalara uyğun siyasətin aparıldığını, gender bərabərliyinin təmin olunduğunu bildirib.

"Bununla belə, doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur. Son illərdə cins nisbətinin pozulması göstəricisində azalma meyli mövcud olsa da, nisbət fərqi yenə nəzərəçarpan dərəcədədir. Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə ayrıca bölmə kimi yer ayrılıb" — nazir vurğulayıb.

S.Babayev diqqətə çatdırıb ki, BMT Əhali Fondu ilə bu sahədə də birgə işlər aparılır və Fondun dəstəyi ilə "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı"nın layihəsi hazırlanıb: "Layihədə gender nisbəti ilə bağlı ümumi icmal, bu nisbətin ciddi şəkildə pozulmasının bir sıra mənfi fəsadları və s. ilə yanaşı, gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədinə nail olunması üçün konkret fəaliyyət istiqamətləri və tövsiyələr əksini tapır".

Nazir yeni layihənin hazırlanmasında BMT Əhali Fondunun dəstəyini yüksək dəyərləndirib.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev öz çıxışında doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından xoşagəlməz nəticələrə gətirib çıxara biləcəyini qeyd edib.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədilə Milli Fəaliyyət Planının hazırlanmasının ümumən demoqrafik inkişafın dəstəklənməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Sonra BMT-nin Əhali Fondunun Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirdiyi "Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği üzrə" Qlobal Proqram çərçivəsində ölkəmizə dəvət olunan beynəlxalq ekspert Monika Das Qupta tərəfindən "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı"nın layihə sənədi təqdim olunub. Tədbir iştirakçıları tərəfindən layihənin geniş müzakirəsi aparılıb, təkliflər verilib.

Əlaqədar

Qadınlar və kişilər: Nevroloji xəstəliklərdən daha çox kim əziyyət çəkir?
Aramızda təhlükəli insanlar dolaşır - Gah kişi olurlar, gah qadın
Psixoloq: “Boşanma qadını da, kişini də xilas edir”
Lənkəranda qorxunc hadisə baş verdi, 2 kişi birləşib 3 qadını döydü
Teqlər:
Sahil Babayev, gender, BMT-nin Əhali Fondu, oğlan, kişi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əhali, qız, Azərbaycan, qadın, nazir

Əsas mövzular